Icma.az
close
up
RU
“Trampın Ukrayna sazişinin iki bəndi Aİ üçün qəti şəkildə qəbuledilməzdir”

“Trampın Ukrayna sazişinin iki bəndi Aİ üçün qəti şəkildə qəbuledilməzdir”

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu barədə artıq ABŞ prezident administrasiyası məlumatlandırılıb…

...Donald Tramp administrasiyası Kiyevə Moskva üçün çox əlverişli şərtlərlə sövdələşmə planı təqdim etdi. Bununla belə, ABŞ-ın Rusiyanın Krım üzərində suverenliyini tanıması və Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi Avropa İttifaqı (Aİ) üçün qəbuledilməzdir.

SİA-nın məlumatına görə, bu barədə “Financial Times” yazıb.

Nəşrin qeyd etdiyi kimi, prezident Vladimir Zelenski Rusiyanın 2014-cü ildən bəri ələ keçirdiyi hər hansı ərazi üzərində suverenliyini tanımaqdan imtina edib..?

…Tramp Zelenskinin mövqeyini tənqid edib və bunu onun sülh səylərinə “çox zərərli” və “qıcıqlandırıcı” adlandırıb.

…O, (…yəni Zelenski –A.B.) bütün ölkəni itirənə qədər daha üç il barışa və ya mübarizə apara bilər.

ABŞ prezidenti bunu “Truth Social”da yazıb.

Ən böyük güzəşt
“Financial Times” yazır ki, Vaşinqtonun NATO-nun razılaşdırılmış siyasətini pozaraq Moskvanın Krım üzərində nəzarətini dəstəkləmək təklifi onun Moskvaya son aylarda saziş imzalamaq üçün etdiyi ən böyük güzəşt ola bilər.

Tramp administrasiyası Rusiyanın çoxdankı tələbi olan Ukraynanın NATO-ya üzvlüyünü də istisna edib.

Moskva səxavətlə mükafatlarla dolu olduğu halda, Kiyev təzyiq və təhdidlərə məruz qalır.

“Financial Times” qeyd edir ki, ona ərazisini verməsi müqabilində çox az təklif edilib.

Avropanın mövqeyi

Qərb rəsmiləri “Financial Times”-a bildiriblər ki, Avropa paytaxtları ABŞ-ın Krımı Rusiya ərazisi kimi tanıması və ya Kiyevə bununla razılaşması üçün təzyiq göstərməsi ilə bağlı heç bir addımı qəbul etməyəcək və Ukraynanın suverenliyi ilə bağlı heç bir şeyi qəbul etməyəcəkləri barədə çoxdankı mövqelərinə sadiq qalıblar.

Avropa Birliyinin Xarici Siyasət üzrə rəhbəri Kaya Kallas, "Krım Ukraynadır"-deyib!.

Avropalılar üçün, Krımın ilhaqının tanınması ideyası - 1945-ci ildən bəri Avropada hərbi güclə ilk torpaq işğalı - qəbuledilməzdir, çünki bu, qitəni nəsillər boyu sülh şəraitində saxlayan qaydalara əsaslanan nizamı pozacaq. “Krım və gələcək NATO-ya üzvlük istəkləri bizim üçün qırmızı xətlərdir”.

Bunu Avropa İttifaqının ikinci yüksək rütbəli diplomatı deyib. …Biz onlardan imtina edə bilmərik. ABŞ birtərəfli hərəkət etsə belə, Rusiyanın təcavüzünü mükafatlandıracaq və Moskvanı Gürcüstan və Moldovada iddialarını davam etdirməyə, həm NATO, həm də Avropa İttifaqı üzvü olan Baltikyanı ölkələr kimi digər keçmiş Sovet ölkələrini təhdid etməyə təşviq edəcək.

Avropalı yüksək rütbəli məmur bildirib ki, artıq Tramp administrasiyasına Avropa paytaxtlarının Krımı Rusiya kimi tanıya bilməyəcəyi bildirilib.

Rəsmi qeyd edib ki, NATO-nun əsas Avropa gücləri Vaşinqtonu birtərəfli hərəkət etməkdən “çandırmalıdırlar”.

NATO-da müzakirələr

Krımın statusu NATO üçün böyük diplomatik böhran yarada bilər, onun mövqeyi heç vaxt Rusiyanın yarımadaya nəzarətini tanımaq deyil.

ABŞ-ın təklifindən əvvəl NATO rəsmiləri, müzakirələrdə iştirak edən rəsmilərin fikrincə, alyansın Haaqada keçiriləcək illik liderlər sammitində əsas diqqətin müharibəyə deyil, müdafiə xərclərinə yönəldiləcəyini israr edərək, Ukrayna ilə bağlı daxili fikir ayrılıqlarını azaltmağa çalışmışdılar.

“Financial Times” yazır ki, təklif edilən razılaşma və ABŞ-ın danışıqlardan uzaqlaşması, Kiyevi günahlandırması və Moskva ilə münasibətləri normallaşdıra bilməsi NATO liderləri arasında fikir ayrılığına səbəb ola bilər.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Aprel 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri