Trampın Ukrayna üzrə nümayəndəsi deyib ki, ABŞ İrana təzyiq göstərməlidir
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” Kelloqq istinadən məlumat verib.
Nümayəndə Parisdə İran müxalifətinin nümayəndələri ilə görüşdə deyib ki, bu təzyiq təkcə hərbi deyil, həm də iqtisadi və diplomatik xarakter daşımalıdır. “Hazırda gördüyümüz zəiflikdən istifadə etməliyik. Ümid var, yəni hərəkət olmalıdır”, - deyə o qeyd edib.
2024-cü ilin dekabrında “Time” jurnalına müsahibəsində Tramp ABŞ və İran arasında genişmiqyaslı silahlı münaqişənin mümkünlüyünü istisna etməyib. Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.
Tramp dövlət başçısı kimi ilk müddətində İrana maksimum təzyiq göstərmək siyasətini bəyan edib, Tehrana qarşı sərt sanksiyalar tətbiq edib, İranın nüvə sazişindən çıxıb və İsrailə hərbi, siyasi və iqtisadi dəstəyi artırıb.
İran hakimiyyəti öz növbəsində seçilmiş Amerika liderinə bu siyasətdən əl çəkməyi tövsiyə edir. İranın xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, əgər o, əks qərar verərsə, ABŞ Tehranın “maksimum müqaviməti” ilə üzləşəcək.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 11 Yanvar 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















