Icma.az
close
up
RU
Trampın Ukrayna üzrə nümayəndəsi: Putin imperiyanı bərpa etmək istəyir

Trampın Ukrayna üzrə nümayəndəsi: Putin imperiyanı bərpa etmək istəyir

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Putin imperiyanı bərpa etmək istəyir. O, Ukraynanı ələ keçirsə, NATO ölkəsinə hücum edəcək".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donadl Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq "The Telegraph"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentinin cəzasını Haaqa müəyyən etməlidir, amma bir çox ölkələr buna məhəl qoymurlar.

"Putin müharibədə qalib gələcəyini düşünür, amma o qalib gəlməyəcək. Tramp sadəcə olaraq, ona danışıqlar masasına oturmaq üçün vaxt verir, amma biz kartları özümüzdə saxlayırıq", - deyə Kelloq qeyd edib.

Ukraynanın sülh naminə ərazisinin bir hissəsindən imtina etməli olub-olmayacağı ilə bağlı sualı cavablandıran general vurğulayıb ki, bu cür qərarlar yalnız Ukrayna tərəfindən verilə bilər.

"Tramp Ukrayna torpaqları ilə ticarət etmir. Bu, Zelenskinin mandatıdır. Başqa heç kimin mandatı deyil. Amma gəlin real olaq: ​​Donetsk vilayəti 65% işğal olunub. Luqansk vilayəti 98 faiz. Biz reallığı qəbul etməliyik. De-fakto de-yure demək deyil. Gəlin tarixə qayıdaq. Baltikyanı dövlətləri faktiki olaraq SSRİ-nin tərkibinə daxil olsalar da, ABŞ bunu heç vaxt qəbul etməyib. Bu yanaşma Uells doktrinasına uyğun olaraq dəstəklənib. Eyni yanaşma burada da keçərlidir", - xüsusi nümayəndə vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın Çin, İran və Şimali Koreya ilə yeni ittifaqları təkcə ABŞ üçün deyil, dünya ictimaiyyəti üçün təhlükə yaradır.

"Əvvəllər onları ayrı saxlayırdıq, amma indi hamısı başlarını qaldırıb. Buna cavab vermək üçün hələ yaxşı planımız yoxdur", - Kelloq etiraf edib.

O, ABŞ-Rusiya münasibətlərinin gələcəkdə yaxşılaşmasını istisna etməyib.

"Bu, Putindən sonra baş verməlidir. Rusiya xoşməramlı millətlər liqasına daxil olana qədər o təcrid vəziyyətində qalacaq", - Kelloq bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Sentyabr 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri