Icma.az
close
up
RU
Trampın Ukraynadakı atəşkəs planı sızdırıldı 100 günə əldə olunmalıdır

Trampın Ukraynadakı atəşkəs planı sızdırıldı 100 günə əldə olunmalıdır

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İddiaya görə, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini 100 günə bitirmək planı bir xəbər təşkilatına sızdırılıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, sızdırılan plana görə, Tramp hər iki lideri ayrı-ayrılıqda danışıqlar aparmağa razı saldıqdan sonra ümumilikdə 100 gün davam etməsi nəzərdə tutulan prosesə başlayacaq.

Buna görə də ən geci aprel ayının sonuna qədər iki ölkə arasında silahların susdurulması gözlənilir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi planı təkzib edərək, bunun əsassız olduğunu bildirib.

Fevral və ya mart aylarında həm Putin, həm də Zelenski görüşməli və aprelin 20-nə təsadüf edən Pasxa bayramı ilə cəbhə xəttində atəşkəs elan edilməlidir.

Atəşkəs elan edildikdən sonra Ukrayna qoşunları da Kurskdan çıxarılacaq və Beynəlxalq Sülh Konfransı digər qlobal güclərin vasitəçiliyi ilə müharibəni dayandırmaq üçün sazişin yaradılması üzərində işə başlayacaq.

Mayın 9-da müharibənin başa çatması üçün razılaşdırılmış şərtlərlə bağlı bəyanat dərc olunacaq, bundan sonra Kiyevdən hərbi vəziyyəti uzatmamaq və səfərbərlik elan etməmək istəniləcək.

Ukrayna da ordusunun sayını saxlayacaq və ABŞ-dən hərbi dəstək almağa davam edəcək.

Rusiyaya qarşı bəzi sanksiyaların ləğvi ideyası da qeyd olunub.

İddialara görə, Rusiyanın enerji resurslarının Aİ-yə idxalına qoyulan məhdudiyyətlər aradan qaldırılacaq, onlara qarşı xüsusi vergilər tətbiq olunacaq və vəsaitlər Ukraynanın yenidən qurulmasına yönəldiləcək.

Qeyd edək ki, Zelenski daha əvvəl Trampın sülh planını rədd etmişdi.


Mikayıl
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Yanvar 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri