Icma.az
close
up
RU
Trampın ürək yaşı 65 çıxdı

Trampın ürək yaşı 65 çıxdı

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ağ Ev ABŞ Prezidenti Donald Trampın sağlamlıq hesabatını yayıb. Hesabata əsasən, Tramp “mükəmməl formada”dır və ürək yaşı real yaşından 14 il daha cavan hesab olunur.

79 yaşlı Tramp bu ilin yanvarında yenidən vəzifəyə başlayaraq ABŞ tarixinin ən yaşlı prezidenti olub. Lakin onun həkimi Şon Barbabella bildirib:

“Prezident Tramp əla sağlamlığa malikdir, güclü ürək-damar, tənəffüs, sinir və fiziki performans nümayiş etdirir.”


Yaxın Şərq səfəri öncəsi tam müayinə

Məlumata görə, Trampın Yaxın Şərqə planlaşdırılan səfəri ərəfəsində qrip və COVID-19 peyvəndləri yenilənib. Ağ Ev sözçüsü Karolin Leavitə ünvanlanan qeyddə bildirilir ki, Tramp Walter Reed Hərbi Tibb Mərkəzində illik rutin müayinədən keçib.


Qolf performansı da təriflənib

Apreldə aparılan ətraflı tibbi yoxlamada ABŞ Prezidentinin boyunun 1.90 metr, çəksinin isə 102 kiloqram olduğu qeyd edilib. Xolesterol səviyyəsinin isə “normal və nəzarət altında” olduğu bildirilib.

Hesabatda həmçinin Trampın fiziki dözümlülüyü və qolf bacarığı yüksək qiymətləndirilib.


Ayaq şişməsi və əl qaralması ilə bağlı iddialar

İyul ayında Trampın ayaqlarında şişlik və sağ əlində qaralma  müşahidə olunması ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu.

Mütəxəssislər bunun, 70 yaşdan yuxarı şəxslərdə tez-tez rast gəlinən xroniki venoz çatışmazlıq nəticəsində baş verə biləcəyini, əldəkı qaralmanın  isə əllə təmas və aspirin istifadəsi ilə əlaqəli toxuma qıcıqlanması ola biləcəyini qeyd etmişdilər.

Ağ Ev həmin vaxtdan etibarən bu narahatlıqları “əhəmiyyətsiz” adlandırır.


Baydenlə müqayisə və sağlamlıq mübahisələri

Trampın sağlamlıq hesabatı, onun sələfi Co Baydenin ötən il yaşını və sağlamlıq durumunu əsas gətirərək yenidən namizədliyini geri çəkməsindən sonra daha da diqqət mərkəzinə düşüb.

Seçki kampaniyası dövründə Tramp özünü “daha gənc və enerjili lider” kimi təqdim edirdi.

Qeyd edək ki, Trampın sağlamlıq vəziyyəti ilk prezidentlik dönəmində də müzakirə doğurmuşdu. O, COVID-19-a yoluxduğunda, Ağ Ev vəziyyətin ciddiliyinə dair ziddiyyətli açıqlamalar vermiş və xəstəliyin miqyası uzun müddət gizli saxlanılmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see289

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see286

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see268

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see258

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see254

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see254

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see245

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see243

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see235

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see216

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see205

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see201

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see195

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see194

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see190

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see189

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see182

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see180

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see175

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

04 Sentyabr 2026 18:52see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri