Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı (Foto)
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağ Evin rəhbəri Donald Trampın həyatının ilk dörd ilini yaşadığı Nyu-Yorkun Kuins rayonundakı ev təxminən 2 milyon dollara satılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat yayılıb.
Anonim alıcı daşınmaz əmlakın alınması ilə bağlı sövdələşməni hələ iyul ayında rəsmiləşdirib, lakin həmin vaxt razılaşmanın maliyyə detalları açıqlanmayıb.
Əvvəlcə 2025-ci ilin noyabrında obyekt 2,3 milyon dollar dəyərində qiymətləndirilib, lakin sonradan tələb olunan qiymət 1,99 milyon dollara endirilib. Satışın faktiki dəyəri isə daha aşağı olub və yekun olaraq 1,93 milyon dollar təşkil edib.
İngilis memarlıq üslubunda olan binanı 1940-cı ildə hazırkı ABŞ prezidentinin atası Fred Tramp inşa etdirib. Tikili Kuinsin "Jamaica Estates" adlı prestijli məhəlləsində yerləşir. Gələcək dövlət başçısı 1950-ci ilə qədər burada qohumları ilə birlikdə yaşayıb, bundan sonra ailə həmin ərazidə daha geniş evə köçüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:123
Bu xəbər 13 Sentyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















