Icma.az
close
up
RU
Trampın və Maskın mövqeyi Azərbaycanın mövqeyilə üst üstə düşür

Trampın və Maskın mövqeyi Azərbaycanın mövqeyilə üst üstə düşür

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Co Baydenin və sələflərinin dövründə dünyanın bir çox ölkələrinin daxili işlərinə kobud şəkildə qarışan Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ABŞ-ın yeni prezidenti Donald Trampın hədəfinə tuş gəlməsi heç də təsadüfi deyil. Müxtəlif ölkələrdə "məxməri" inqilablar, ideoloji təxribatlar həyata keçirmək üçün ABŞ-ın bütün dünyada milyardlarla dollarlıq vəsaitlərini "humanitar proqramlar" adı altında xərcləyən belə bir qurumdan günün birində hesabat sorulacağı gözlənilən idi. ABŞ-ın demək olar ki, bütün xarici yardımlarının dondurulmasına göstəriş verən Donald Tramp USAID kimi qurumların fəaliyyətini Birləşmiş Ştatlar üçün əhəmiyyətli və səmərəli saymır. Məhz buna görə də onun administrasiyası USAID-in xəttilə sağa-sola "səpələnən" pulların bundan sonra “Öncə Amerika” doktrinasına uyğun bölüşdürülməsinin təmin edilməsi üçün hərəkətə keçib.
D.Tramp USAID-in onlarla əməkdaşını inzibati məzuniyyətə göndərib. Təmizləmə prosesi davam edəcək. Bu gedişlə USAID-in fəaliyyəti ya müvəqqəti olaraq dondurulacaq, yadaki qurumun fəaliyyət konsepsiyası kökündən dəyişdiriləcək. Çünki USAID-in hazırkı formatda fəaliyyətinin davam etdirilməsinin həm dünya, həm də ABŞ-ın özü üçün zərərli olduğunu Tramp da yaxşı dərk edir. Yeri gəlmişkən, Trampın ən yaxın dəstəkçilərindən biri olan və yeni administrasiyada Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən məşhur iş adamı İlon Mask da USAID-in qatı əleyhdarı kimi çıxış edir. Belə ki, İ.Mask ötən gün ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) cinayətkar təşkilat adlandırıb. Bunu “X” hesabında bildirən iş adamı USAID-i "Amerikaya nifrət edən solçu marksistlərin gürzə yuvası" adlandırıb. İlon Mask USAID-i həmçinin sıravi amerikalıların ödədikləri vergi vəsaitlərindən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib.
Trampın və Maskın bu mövqeyi Azərbaycanın mövqeyilə üst-üstə düşür. USAID uzun illərdir ki, anti-Azərbaycan fəaliyyəti aparan toksik təşkilat kimi tanınır. 44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbəmizdən və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatından sonra USAID birmənalı olaraq qatı ermənipərəst mövqe nümayiş etdirməyə qərar verdi və Azərbaycana qarşı təzyiqləri daha da artırdı. USAID-in rəhbəri Samanta Pauer sabiq prezident C.Baydenin və Fransa lideri Makronun diktəsi ilə bu qurumu Azərbaycana qarşı qərəzli təzyiq alətinə çevirdi. Bu qadının Türk dünyasına qarşı nifrəti o həddə çatmışdı ki, o, hətta ermənilərin qondarma “soyqırımı günü”nü özünün doğum günü kimi elan etmişdi. Və məhz bu cür qatı ermənipərəst mövqeyinə görə Ermənistan dövləti S.Paueri “dəyərli tərəfdaş” adlandırmışdı.
Təmsil etdiyi dövlətin xarici siyasətinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxış edən, ermənilərin uydurduqları “etnik təmizləmə” iddiasını geniş şəkildə tirajlamaqla dünya birliyini Azərbaycana qarşı kökləməyə çalışan USAID-in zərərli fəaliyyətinin Tramp administrasiyası tərəfindən nəzarətə götürülməsi haqqın, ədalətin təntənəsidir. Bu baxımdan ABŞ-ın yeni rəhbərliyinin USAID-də təmizləmə kampaniyasına başlamasını təqdir edirik. USAID dünya erməniçiliyinin maraqlarına yox, ABŞ-ın milli mənafelərinə xidmət etməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Fevral 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri