Trampın Venesuelaya hücumu Rusiya ilə bağlı sualları daha da çətinləşdirir
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Aylardır Venesuelanı hərbi əməliyyatla təhdid edən ABŞ Prezidenti Donald Tramp nəhayət bu təhdidini reallaşdırıb.
Turkustan.az xəbər verir ki, ABŞ ordusunun ən elit bölmələrindən biri sayılan Delta Force Venesuelanın paytaxtı Karakasa gecə saatlarında əməliyyat həyata keçirib. Şəhərdə partlayış səsləri eşidilib. Məlumata görə, Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı əməliyyat zamanı əsir götürülüb. Onların hərbi gəmi ilə ABŞ-a aparıldığı və məhkəmə üçün Nyu-Yorka çatdırıldığı bildirilir.
ABŞ-ın Venesuelaya hücumu Donald Trampı beynəlxalq arenada çətin suallarla üz-üzə qoyub. Əməliyyatın legitimliyi ətrafında müzakirələr davam edərkən, britaniyalı jurnalist Gideon Rachman məsələyə “Rusiya faktoru”nu da daxil edib.
Rachman qeyd edib ki, Venesuelaya hücum əmri verən Trampın oxşar ssenari Rusiyanın Ukraynaya qarşı atacağı addımlar fonunda necə reaksiya verəcəyi sual doğurur. O yazıb:
“Əgər Çin Tayvan prezidentini ələ keçirmək üçün xüsusi əməliyyat başlatsa və ya Rusiya Ukrayna Prezidenti Zelenskini hədəf alsa, biz nə deyəcəyik? ‘Bunu edə bilməzsən, bu qanunsuzdur’ demək mümkündürmü?”
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















