Trampın vəzifəyə təyin etdiyi İlon Mask: Bir çox qərarlar məndən xəbərsiz qəbul edilir
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni ABŞ Administrasiyasının Nazirlər Kabinetinin tərkibi ilə bağlı bir çox kadr qərarları sahibkar İlon Maskın iştirakı olmadan və onunla hər hansı məsləhətləşmə həyata keçirilmədən qəbul edilib.
News24.az xəbər verir ki, bu barədə Mask özünün "X" sosial şəbəkə hesabında yazıb.
Məsələyə aydınlıq gətirmək üçün qeyd edib ki, o, Nazirlər Kabinetinə bəzi namizədlərlə bağlı öz fikrini bildirib, lakin bir çox hallarda namizədlərin seçimi ondan xəbərsiz baş tutub.
"Qərarlar 100% prezident tərəfindən verilir", - deyə Mask bildirib.
Bundan əlavə, o, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanında vaxt keçirməkdən həzz aldığını qeyd edib. Belə ki, Maskın sözlərinə görə, Trampın bircə dənə də olsun pis iş gördüyünə şahid olmayıb.
Xatırladaq ki, Donald Tramp İlon Mask və keçmiş prezidentliyə namizəd, sahibkar Vivek Ramasvaminin yeni Hökumət Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etmələri ilə bağlı qərar qəbul edib.\\oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 21 Noyabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















