Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Trampın xanımı məktubla Putinə nə demək istədi İZAH

Trampın xanımı məktubla Putinə nə demək istədi İZAH

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb. Melaniya Trampın məktubu Putinə Alyaskada keçirilən sammit zamanı çatdırılıb. O, məktubda Ukraynadakı münaqişə zamanı qaçırılan uşaqlar məsələsinə toxunub.

Simvolik tarix və mesaj

Məktubun üzərindəki tarix 15 avqust 2025-dir, Trampın Alyaskada Putinlə görüşdüyü gün. Bu təsadüfi deyil. Məktub ictimai mesaj xarakteri daşıyır. Məqsəd Putinlə şəxsi ünsiyyət yaratmaq və özünü “uşaqların qoruyucusu” kimi təqdim etməklə yumşaq güc qazanmaqdır. Burada “sülh”, “uşaqlar”, “məsumluq” anlayışları siyasətin ən sərt reallıqlarına qarşı qəsdən qoyulub.

Melaniya Trampın rolu

Melaniya məktubu yazmaqla diplomatiyada “birinci xanım diplomatiyası” rolunu canlandırır. O, rəsmi siyasətçi deyil, amma yumşaq tonla verilmiş bu müraciət Trampın sərt siyasətini balanslaşdırır. Məktub həm də Putinə “bizim ailəmizdən sizə” mesajı verərək şəxsi yaxınlıq effekti yaradır. Bu, Trampın qəsdən seçdiyi taktika ola bilər. Sərt danışıqları öz üzərinə götürüb, yumşaldıcı sözləri həyat yoldaşı vasitəsilə göndərmək bəlkə də bir siyasətdir.

Məktubdakı əsas ideya

Məktubun mərkəzi xətti “uşaqların məsumluğunu qoruyaq” deməklə, əslində birbaşa Ukrayna müharibəsinə işarədir. Savaşda ən çox əziyyət çəkənlərin uşaqlar olması faktını vurğulamaqla, Melaniya Putin üzərində mənəvi təzyiq qurmağa çalışır. Lakin məktubda “müharibə” sözü işlədilmir. Bu da göstərir ki, məqsəd ittiham yox, daha çox təhrikedici və emosional xatırlatmadır. “Sən dayanmaqla bəşəriyyətə xidmət edəcəksən”. 

Putinə “tarixi missiya” təklifi

Məktubda Putin “yalnız Rusiyaya deyil, bütün bəşəriyyətə xidmət edə biləcək” şəxs kimi təqdim olunur. Bu, psixoloji manipulyasiyadır. Putinə özünü tarixdə “sülh gətirən” obrazda görmək imkanı verilir. Beləliklə, Melaniya Putin üçün alternativ obraz yaradır. O, müharibə aparan lider rolundan uzaqlaşdırıb uşaqların gülüşünü geri qaytaran qəhrəman kimi görmək istənilir.

Əslində nə gizlənir?

Məktubun alt qatında bir neçə məqsəd gizlidir.:

1. Trampın mövqeyini yumşaltmaq - ABŞ prezidenti sərt bəyanatlar verə bilər, amma ailəsindən gələn bu məktub münasibətləri balanslaşdırır.

2. Putinə “çıxış qapısı” göstərmək - məktub sanki deyir: “Əgər müharibəni dayandırsan, bu, qalibiyyət yox, bəşəriyyətə xidmət olacaq.”

3. Avropa liderlərinə mesaj - Trampın komandası göstərmək istəyir ki, ABŞ yalnız güc siyasəti aparmır, həm də “insani diplomatiya” tətbiq edir.

Bu məktub birinci baxışdan sadə və emosional görünür, amma əslində yüksək diplomatik oyunların bir hissəsidir. O, həm Putin üçün psixoloji təsir vasitəsidir, həm də dünyaya Tramp administrasiyasının “sülh missiyası” imici yaratmaq cəhdidir. Məktubun məhz görüş ərəfəsində açıqlanması isə onu daha da strateji edir.

Elnur Əmirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Avqust 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15560

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see928

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see279

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see203

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see159

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see141

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see133

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see131

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see126

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see123

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see122

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri