Trampın xüsusi elçisi Putinlə danışıq tərzinə görə narazılıq yaratdı
Icma.az bildirir, Gununsesi portalına istinadən.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya ilə danışıqlar tərzinə görə Amerika administrasiyasında ciddi narazılığa səbəb olub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Washington Post” rəsmi mənbələrə istinadla məlumat yayıb.
Amerika nəşri yazır ki, Trampın rusiyalı həmkarı Vladimir Putinlə arasındakı faktiki vasitəçisi Uitkoff Yaxın Şərq portfelini də idarə etməklə yanaşı, yüksək səviyyəli görüşlərdə tək iştirak edir, bəzən standart diplomatik prosedurdan kənara çıxaraq danışıqlarda Kremlin tərcüməçilərindən istifadə edir.
Uitkoff ötən həftə Putinlə son görüşü zamanı Rusiya prezidentini “köhnə dost”u kimi salamlayıb. Putin görüşdə tək iştirak etməyib, köməkçisi Yuri Uşakov və Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də onlara qatılıb.
ABŞ administrasiyasındakı bir mənbə Uitkoff haqqında dedi: “O, yaxşı oğlandır, amma nə etdiyini bilməyən bir axmaqdır. O, bunu (Putinlə görüş – red.) tək etməməlidir”.
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 01 May 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















