Trampın xüsusi nümayəndəsi və kürəkəni Rusiyaya səfər edə bilər
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin yaxın həftələrdə Rusiyaya səfər etməsi mümkündür.
Bu barədə TASS agentliyinə danışan məlumatlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, belə bir ehtimal mövcud olsa da, səfərin vaxtı və proqramı ilə bağlı hələlik yekun qərar verilməyib. “Belə bir imkan var. Lakin hazırda bununla bağlı konkretlik və tam müəyyənlik yoxdur”, – deyə mənbə qeyd edib.
Bundan əvvəl bir sıra Qərb KİV-ləri Stiv Uitkoff və Cared Kuşnerin yaxın iki həftə ərzində Ukraynanın paytaxtı Kiyevə də səfər edə biləcəkləri barədə məlumat yaymışdı.
Hələlik nə Ağ Ev, nə də Rusiya tərəfi mümkün səfərlərlə bağlı rəsmi açıqlama verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 29 İyul 2026 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















