Icma.az
close
up
RU
Trampın yarpızı və İran yuvası Ədalət Verdiyevin şərhi

Trampın yarpızı və İran yuvası Ədalət Verdiyevin şərhi

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

O boyda İranda bir nəfər adam tapılmır ki, beyin azlığından əziyyət çəkən Cavaniyə bu dəhlizin təhlükəsizliyinə artıq ABŞ-nin cavabdeh olduğunu başa salsın və izah etsin ki, şikayətləri artıq Trampa ünvanlamaq lazımdır. Bu həmin ABŞ-dir ki, İrana nüvə proqramından imtina üçün 60 gün vaxt verdi, 61-ci gündə isə “B-2” bombardmançı təyyarələrini okeanın o tayından İrana göndərdi. 18 saat havada uçan təyyarələr İranın Natanz, Fordo və İsfahandakı nüvə tədqiqat mərkəzlərini darmadağın etdi, ardınca İran səmasında zəfər dövrəsi vurmaqla Əfqanıstanla sərhəddə yerləşən yeraltı sığınacaqda gizlənən qorxaq Xamneyiyə və onun bacarıqsız generallarının əmvatına topdan bir salam verib, geriyə döndülər. Cavani nədənsə bu günə qədər xalqına SEPAH-ın hərbi qüvvələrinin başına od ələyən, İranın bütün generallarını və molla rejimini açıq şəkildə sülaləsi ilə birlikdə təhqir edən ABŞ təyyarələrinə bir ədəd sursat atmağa cürət göstərə bilmədiklərini izah edə bilmir, amma səlahiyyətlərinə aid olmayan siyasi proseslərə qeyri-adekvat reaksiya verir. Unudur ki, İsrailin 2 ay əvvəlki zərbələrinin sayəsində onun kimilərin 51 nəfəri bu gün artıq nəfəs almır.
Hələ də göyü açıq olan İranın molla məntiqli generalı Cavanidən soruşmaq istərdim: ABŞ təyyarələrinə zenit raketləri ilə cavab verməyə nəyiniz çatmadı? Sərhədinizdə müsəlman ölkəsi olan qalib, məğrur və ləyaqətli Azərbaycanı görmək istəmədiniz, indi buyurun, Sizi hər addımda "iynəsinin ucunda saxlayan" ABŞ ilə daha yaxından tanış olun, "Çarlinin mələkləri" ilə qucaqlaşın. Bu təmasdan və bir öpüş məsafəsi qədər yaxınlıqdan ağrı hiss etsəniz, şikayət və təkliflərinizi Trampa göndərin, müsbət nəticə olmasa, başınıza gələndən həzz almağa çalışın.
Cavanilər, vilayətilər, sübhanilər nə etsələr də, TURAN karvanı yolu ilə edir. Azərbaycanın, Türkiyənin və ABŞ-nin imza atdığı, İran ilə Rusiyadan başqa demək olar ki, bütün dünyanın dəstəklədiyi layihənin həyata keçirilməsinin qarşısını almaq mümkün deyil. Zəngəzur dəhlizi sadəcə nəqliyyat xətti deyil. Türkiyəni birbaşa Azərbaycan, Mərkəzi Asiya və Çinə bağlayan, türk dünyasını vahid strateji məkan halına gətirən meqalayihədir. Bu dəhliz həm də tarixi torpaqlarımıza qayıdışın ilk mərhələsidir. Layihənin əsas məqsədi parçalanan türk dünyasını birləşdirməkdən ibarətdir. ABŞ Bakı ilə İrəvanın ortaq razılığı ilə İranın Ermənistanla şimal sərhədlərində yerləşməyə başlayıb. Burada infrastruktur və inkişaf layihələrini həyata keçirməyə hazırlaşır. Yaxın gələcəkdə İran generalları və siyasətçi mollaları "Tramp Planı"nı izləyəcəklər. Onlar bu prosesin qarşısını almaq potensialından tamamilə məhrumdurlar.
İran generallarının və molla rejiminin türk düşmənçiliyi üzərindən həyata keçirilən məntiqsiz fəaliyyətləri bu gün anti-islam respublikasının milli maraqlarına və təhlükəsizliyinə ciddi ziyan vurur. Məhz İranın təhriki ilə Ermənistan Vətən Müharibəsindəki məğlubiyyətindən sonra çoxlu utopik təkliflərlə çıxış edirdi. Amma onların heç biri, o cümlədən də Zəngəzur dəhlizinə alternativ olan "Sülh Kəsişməsi" Azərbaycan tərəfindən müzakirə belə olunmadı. Ümumilikdə isə Ermənistan İran kimi havadarlarının “köməyi” ilə 4 dəfə kapitulyasiya aktına imza atdı. İndi isə anlayır ki, onun üçün mühüm əhəmiyyət kəsb edən sülhün əldə edilməsi üçün İran, Fransa və ya Rusiya ilə deyil, vaxt itirmədən Azərbaycan, Türkiyə və ABŞ ilə əməkdaşlıq etməlidir. Ermənistanın təhlükəsizlik zəmanəti Azərbaycanın əlindədir. Paşinyan Azərbaycan ilə əməkdaşlıq edənlərin rifah, təhlükəsizlik və inkişaf əldə etdiklərini görür.
İran ehtiyat edir ki, Ermənistan orta perspektivdə Ukrayna kimi Türk Dövlətləri Təşkilatına üzvlük barədə düşünə bilər. Buna görə də İran rejimi Azərbaycan ilə razılaşma əldə edən kimi Ermənistanı da təhdid etməyə başladı. Bu bir daha göstərir ki, İran rejimi regionda sülhün əldə edilməsində maraqlı olmayıb. Ermənistanla əməkdaşlıq mollalara yalnız şəxsi ambisiyalarını, o cümlədən, antitürk siyasətini həyata keçirmək üçün lazım idi. İndi isə bütün bu cəhdlər uğursuzluğa düçar oldu. Yarpız gəlib ilanın yuvasının ağzında bitdi. Fars rejiminin qeyri-konstruktivliyi nəticəsində İran sərhədinin cəmi 100 metrliyində "Tramp Yolu" inşa edilir.
Son illər ərzində Rusiya da qonşulara qarşı düşmən münasibət göstərib. Nəticədə NATO ilə sərhədləri iki dəfə artıb. Cavani və digər boşboğaz İran generalları Rusiya nümunəsini və ya Azərbaycanın xarici siyasətdə atdığı uğurlu addımları öyrənmək əvəzinə mənasız bəyanatlar verib özlərini biabır edirlər. Əgər SEPAH-ın cəsarəti varsa, “Tramp yolu”nun əleyhinə bir dənə real hərbi addım atsın. Ondan sonra şair demişkən, “gəl, bax guppultuya!” Əminəm ki, İran “Tramp yolu”nun əleyhinə bir dənə də real hərbi addım atmayacaq. Çünki, vuran oğul dayısından məsləhət almır.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Avqust 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri