Trampın yaxını olan vəkil Aİ ni Paşinyan hökumətini maliyyələşdirməməyə çağırdı...
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Legitimliyi olmayan hökuməti maliyyələşdirməyin".
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, avqustun 11-dən İrəvana gələrək sovet dövründən bəri Rusiya xüsusi xidmət orqanlarına("KQB"-"FSB") bağlı olan erməni kilsəsinin və Putinin Ermənistana yolladığı milyarder "desant"ı, hazırda həbsdə olan Samvel Karapetyanın hüquqlarını müdafiə edən məşhur beynəlxalq vəkil, ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvü, prezident D.Trampın yaxın adamı Robert Amsterdam Avropa İttifaqına müraciətində belə deyib.
“Paşinyan hökumətinin xristian siyasi məhbus Samvel Karapetyanın qanunsuz həbsi və erməni apostol kilsəsinə hücumu qanunun aliliyini ciddi şəkildə pozub.
Aİ Ermənistan hökumətinə maliyyə dəstəyini dərhal dayandırmalı və Ermənistan hakimiyyətinin qanunsuz hərəkətlərini durdurmaq üçün təcili və mühüm məsləhətləşmələr keçirməlidir. Legitimliyi olmayan hökuməti maliyyələşdirməyin”, - deyə R.Amsterdam çağırış edib.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 09 Dekabr 2025 08:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















