Icma.az
close
up
RU
Trampın Yəmən hücumları: Əsl hədəf İranmı?

Trampın Yəmən hücumları: Əsl hədəf İranmı?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp açıqlqmasında bildirib ki, Birləşmiş Ştatlar Ordusuna Yəməndəki Husi terrorçularına qarşı qərarlı və güclü hərbi əməliyyat başlatma əmri verib. Bu açıqlamanın ardından ABŞ-nin döyüş təyyarələri Yəmənin paytaxtı Sanaya hava zərbəsi endirib və ölü sayının artdığı bildirilir.
Bu vəziyyətin bölgədəki siyasi və humanitar təsirləri nə olacaq? ABŞ-nin belə bir hərbi müdaxiləsi, regiondakı qarşıdurmaların gərginləşməsinə səbəb olacaqmı?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, ABŞ Prezidenti Donald Trampın əmri ilə 15 martdan etibarən ABŞ donanması Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar təşkil etməyə başlayıb:
“Tramp bildirib ki, “husilərin atdığı hər bir güllə bundan sonra İranın silahlarından və rəhbərliyindən atılan güllə kimi qiymətləndiriləcək”. İranın BMT-dəki daimi nümayəndəliyi isə bəyan edib ki, bu ölkəyə qarşı istənilən təcavüz aktı nəticəsiz qalmayacaq və buna görə ABŞ məsuliyyət daşıyacaq.
Aydın məsələdir ki, Trampı nə Yəmən, nə buradakı xalq, nə də husilər maraqlandırır. Düzdür, husilər son illərdə İsrailə zərbələr endirib və Ədən körfəzində beynəlxalq ticarəti iflic nöqtəsinə çatdıracaq səviyyədə ciddi addımlar atıb. Lakin buna baxmayaraq, ABŞ indiyə qədər bu cür radikal əməliyyatlara əl atmamışdı.Trampın ABŞ qoşunlarına Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar etmək əmri, Azərbaycan məsəli ilə desək, “Qızım, sənə deyirəm, gəlinim, sən eşit” prinsipi ilə həyata keçirilir. Çünki Tramp və onun komandasının açıqlamalarında əsl hədəfin İran olduğu açıq şəkildə vurğulanır”.
Politoloq onu da vurğulayıb ki, əslində, Trampın məqsədi İranla birbaşa müharibəyə başlamaq və ya bu ölkəyə hərbi müdaxilə etmək deyil:
“Məlumdur ki, İran hətta ən zəif vəziyyətində belə bu cür müdaxiləyə qarşı ölüm-dirim savaşına başlayacaq. Daha dəqiq desək, Tehran dini ideologiyaya əsaslanan müharibə rejiminə keçə bilər. Belə olan halda isə İran ABŞ üçün ikinci Əfqanıstana çevrilə bilər.
İran-ABŞ qarşıdurması və bu ölkəyə beynəlxalq koalisiyanın hərbi müdaxiləsi İsrailin əsas planlarından biridir. Təl-Əviv hər vəchlə bu ssenarinin reallaşmasına çalışır. Lakin Tramp son ana qədər bu versiyadan yayınmağa çalışır. Onun əsas hədəfi İranı nüvə sazişinə qayıtmağa məcbur edərək prosesi səngitməkdir. Əgər bu baş verərsə, Vaşinqton İsrailin hərbi müdaxilə tələblərini bloklaya bilər. Lakin Tehran, xüsusilə İranın ali lideri Əli Xamenei geri addım atmaq istəmir. Bu isə gərginliyin daha da artmasına səbəb olur.
Nəticə etibarilə, əgər rəsmi Tehran nüvə sazişinə qayıtmasa, vaxtilə İraqda olduğu kimi İrana qarşı da beynəlxalq koalisiyanın iştirakı ilə hərbi müdaxilə qaçılmaz ola bilər”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Mart 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri