Icma.az
close
up
RU
Trampın yeni kursu: ABŞ Yaxın Şərqdə hansı oyunu qurur?

Trampın yeni kursu: ABŞ Yaxın Şərqdə hansı oyunu qurur?

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriya Prezidenti Əhməd əş-Şaraa, ABŞ Prezidenti Donald Trampın İsrailin Suriyadan geri çəkilməsini dəstəklədiyini açıqlayıb. O, görüşdən sonra müsahibəsində bildirib ki, İsraillə razılaşma əldə etmək üçün hələ çox məsafə var və yekun razılaşmaya çatmaq üçün İsrailin əvvəlki sərhədlərinə qayıtması lazımdır. Şaraa İsrailin Suriyaya təhlükəsizlik məqsədilə deyil, işğal ambisiyaları ilə daxil olduğunu vurğulayıb və İsrailin cənubda şərtlər qoymasının əsasında Colan yüksəkliklərini qorumaq niyyəti olduğunu vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildiirdi ki, Donald Trampın İsrail ordusunun Suriyadan geri çəkilməsini dəstəkləməsi regionda yeni siyasi reallıqların formalaşdığını göstərir. Onun sözlərinə görə, bu addım uzun illərdir davam edən gərginlik fonunda diplomatik dialoqa qapı aça biləcək potensiala malikdir.

"Trampın bu mövqeyi regional sabitliyin bərqərar olması üçün praqmatik yanaşma kimi dəyərləndirilə bilər. Əslində bu, ABŞ-nin Yaxın Şərqdə balanslı siyasətə qayıdışının da bir göstəricisidir. İsrailin təhlükəsizlik maraqları ilə yanaşı, Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinin önə çəkilməsi konstruktiv yanaşmadır. Tramp və Suriya Prezidenti Əhməd əş-Şaraa arasında keçirilən görüş isə regional diplomatiyada mühüm dönüş nöqtəsi sayıla bilər. Bu dialoq qarşılıqlı anlaşmanın və siyasi reallığın qəbulunun vacibliyini ön plana çıxarır. Görüşün əsas mahiyyəti, münaqişələrin hərbi yoldan çox siyasi həll mexanizmləri ilə aradan qaldırılmasının mümkünlüyünü göstərir. Belə təmaslar regionda uzunmüddətli sabitliyin və iqtisadi canlanmanın əsasını qoya bilər".

Politoloqun fikrincə, Trampın ritorikasında praqmatizm və siyasi reallığa uyğunlaşma elementi açıq görünür:

"Bu isə diplomatiyada yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əhməd əş-Şaraanın da dialoqa açıq mövqe nümayiş etdirməsi, Suriyanın yenidənqurma mərhələsinə keçid üçün əlverişli zəmin yaradır. Bu prosesdə beynəlxalq hüquq normalarına hörmətin qorunması və regional əməkdaşlığın inkişafı vacibdir. Ümumilikdə bu görüş Yaxın Şərqdə ümidverici bir diplomatik səhifənin başlanğıcı ola bilər".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Noyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri