Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Trampın yeni prezidentlik dövrü: ABŞ qızıl əsr ini yaşayacaqmı?

Trampın yeni prezidentlik dövrü: ABŞ qızıl əsr ini yaşayacaqmı?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Növbəti dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başlayan Donald Tramp ölkə tarixinə ən qocaman lider kimi düşüb. O, "ABŞ-nin qızıl əsri məhz indi başlayır" deyərək, Birləşmiş Ştatların var-dövlətini artıracağını, ərazisini genişləndirəcəyini, bayrağını Mars da daxil olmaqla, yeni üfüqlərə asacağını bəyan edib. Ölkəyə gəlirlərin xaricdən gələcəyini və bunun üçün Xarici Gəlir Xidmətinin yaradıldığını bildirib. Tramp ölkənin yenidən varlanacağını, inflyasiyanı azaltmaq üçün administrasiyasının dərhal işə başlayacağını dilə gətirib. ABŞ yenidən istehsal edən bir ölkə olacaq deyən Tramp, ölkədə neft və qaz üzrə qazma işlərinin sürətlənəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ hökumətində yalnız kişi və qadın olmaqla, iki cinsin siyasəti olacaq, "dəri rənginə baxmadan ləyaqət qiymətləndiriləcək".

İsrail-HƏMAS atəşkəsinə toxunan ABŞ prezidenti bildirib ki, onun administrasiyası Yaxın Şərqdə sülhyaradıcı və birləşdirici olacaq. Tramp andiçmə mərasimində xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi barədə danışmasa da, dünyadakı müharibələri bitirəcəyini vəd edib. Rusiya Prezidenti Vladimir Putin də andiçmə mərasimindən əvvəl Trampı prezident seçilməsi münasibətilə təbrik edib. Bu o deməkdir ki, Putin Trampla görüşməyə hazırdır. Putin sanksiyalardan qurtulmaq və Trampla Avropa dövlətləri arasında ixtilafı dərinləşdirmək üçün Ağ Evin yeni sahibinin atəşkəs tələbini qəbul edə bilər.

Beləliklə, qarşıdakı dörd il dünya tarixinə sürprizlərlə dolu dövr kimi düşə bilər. Hər şey isə iki fövqəldövlətin prezidentlərinin görüşündən və qəbul ediləcək qərarlardan asılı olacaq. Donald Trampla Vladimir Putin arasında görüşün bu ilin martında keçiriləcəyi ehtimal edilir.

Bəs görəsən, Tramp Ukrayna və Fələstin münaqişələri ilə bağlı real nəticələrə nail ola biləcəkmi?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Sülh olmasa, sanksiyalar olacaq

Jurnalistlər Trampdan Putin danışıqlar masasına oturmasa, Vaşinqtonun Rusiyaya yeni sanksiyalar tətbiq edib-etməyəcəyini soruşublar. ABŞ prezidenti bu suala "elə görünür" cavabını verib. Tramp komandasının Ukraynaya əlavə silah göndərilməsi imkanlarını da nəzərdən keçirdiyini bildirib. Halbuki, seçki kampaniyası zamanı o, Bayden administrasiyasının Ukraynaya verdiyi yardımların çox olması ilə bağlı sərt çıxışlar edib. Xatırladaq ki, seçki kampaniyası zamanı Tramp vəzifəyə başladıqdan sonra 24 saat ərzində Ukraynada müharibəni bitirəcəyinə söz vermişdi. Son həftələrdə o, bu bəyanatından geri çəkilib. Bir çox analitiklər düşünürlər ki, müharibənin yaxın zamanda bitməsi çətindir. Çünki rəsmi Kiyev NATO və Avropa İttifaqına inteqrasiyada israrlıdır. Rusiya isə buna qarşıdır. Belə bir şəraitdə ortaq məxrəcə gəlmək, hansısa razılaşmaya getmək çətindir.

Tramp daha əvvəl bildirib ki, Putin Ukrayna müharibəsini bitirmək üçün razılaşmaya getməkdən imtina etməklə Rusiyanı "məhv edir". Fərziyyələr var ki, Tramp Putinin Ukrayna ilə bağlı mövqeyini dəyişdirmək üçün Kremlin Arktika, Yaxın Şərq və Afrika kimi regionlardakı maraqlarına qarşı addımlar ata bilər. Eyni zamanda, Kremlin müttəfiqləri - İran və Şimali Koreyaya təzyiq göstərilməsi də mümkündür. Trampın bu açıqlamalarından öncə Fransa Prezidenti Emmanuel Makron sülh danışıqlarından əvvəl Kiyevin mövqelərinin gücləndirilməsinin vacibliyi ilə bağlı çıxış edib. Müharibənin uzun müddət davam etmə ehtimalına toxunan Makron "özümüzü aldatmayaq, bu münaqişə bir neçə günə həll olunmayacaq" deyə Fransa hərbçilərinin qarşısındakı çıxışında bildirib.

24 saat 100 günlə əvəzlənib

"The Wall Street Journal" (WSJ) isə yazır ki, Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa münaqişəni 100 gün ərzində başa çatdırmaqla bağlı tapşırıq verib. Qəzetin qiymətləndirmələrinə görə, "Rusiya ilə sazişin bağlanması Trampın təsəvvür etdiyindən daha çətin olacaq". Mənbələr Trampın Ukrayna üzrə danışıqlar prosesinin gedişinə şəxsən nəzarət etmək niyyətində olduğunu bildiriblər. Kelloqun keçmiş həmkarları onun müstəqil fiqur olmadığını və tamamilə prezidentdən asılı olduğunu iddia edirlər.

ABŞ hökumətinin Qəzza siyasəti necə olacaq?

İsrail-Fələstin münaqişəsi də Trampın əsas gündəm mövzularındandır. Məlum olduğu kimi, Tramp hələ vəzifəsinin icrasına başlamadan Qəzzada atəşkəsin əldə edilməsində rol oynayıb. Tərəflər ABŞ-nin vasitəçiliyi ilə üçmərhələli atəşkəs razılaşması əldə ediblər. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff 11 yanvar tarixində İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Rəsmilərin sözlərinə görə, gərgin keçən görüş zamanı Vitkoff atəşkəslə bağlı israr edib. Daha sonra Dohaya gedən Vitkoff atəşkəs görüşmələrinə də qatılıb. HƏMAS-ın nümayəndəsi bildirib ki, Trampın yeni administrasiyasının təzyiqi olmasaydı, razılaşmanın mümkün ola biləcəyini təsəvvürünə belə gətirə bilməzdi.

Bəs atəşkəs razılaşmasının davamında ABŞ hökumətinin Qəzza siyasəti necə olacaq? Trampın Qəzza ilə bağlı hansı siyasəti yürüdəcəyi maraq doğuran suallar sırasındadır. Yeni prezidentin komandasından olan rəsmilərdən biri ABŞ-nin qaçqın fələstinliləri köçə məcbur edəcəyini iddia edib. O, Stiv Vitkoffun atəşkəs zamanı Qəzzaya səfər edəcəyini də qeyd edib.

Ümumilikdə, andiçmə mərasimindəki və sonrakı bəyanatlardan da göründüyü kimi, Tramp xarici siyasətdə çox enerjili və fəaldır. O, ABŞ-nin xarici siyasətinə ciddi düzəlişlər etmək niyyətindədir. Bunun nə dərəcədə real olacağını isə zaman göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Yanvar 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see330

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see270

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see246

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see243

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see212

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see209

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see194

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see183

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see173

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see161

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see161

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see159

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see158

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see140

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see128

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see127

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see126

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see126

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri