Icma.az
close
up
RU
Trampın yeni prioriteti: Ukraynadan Çinə və İrana keçid planı

Trampın yeni prioriteti: Ukraynadan Çinə və İrana keçid planı

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ və Ukrayna arasında əldə olunan Ciddə razılaşması qeyd-şərtsiz 30 günlük atəşkəsi nəzərdə tutur. Rusiya atəşkəs təklifinə birbaşa yox deməsə də, irəli sürdüyü şərtlərlə faktiki olaraq bunu rədd etmiş oldu. Moskvanın şərtləri sülhə real marağının olmadığını göstərir.

Bu barədə Moderator.az-a danışan politoloq Bakir Həsənbəyli deyir ki, əslində hər iki tərəfdə müharibə yorğunluğu olduğu üçün münaqişənin bir an öncə bitməsində istər Rusiya, istərsə də, Ukrayna maraqlıdır:

“Bundan başqa II Dünya müharibəsindən sonra baş vermiş münaqişələr içərisində Ukrayna-Rusiya müharibəsi dünya təchizat zəncirinin qırılmasına səbəb oldu. Bu münaqişə nəticəsində nəinki hər iki dövlər, eyni zamanda dünya problemlərlə üzləşdi. Türkiyənin moderatorluğu ilə yaradılan taxıl dəhlizi, enerji daşıyıcılarının təminatındakı problemlər, inflyasiya və s. buna misaldır. Məsələyə bu aspektdən baxanda əslində bütün dünya bu münaqişənin bitməsində maraqlıdır. Digər tərəfdən Rusiyanın günlük müharibə xərci 350 milyon dollara yaxınlaşır. Ukrayna isə müharibəyə hər gün 142 milyon dollar xərcləyir. Göründüyü kimi 3 ildən artıq davam edən müharibə fonunda hər iki ölkənin itirdikləri kifayət qədər ciddi rəqəmlərlə müşayət olunur. Putinin atəşkəsə müəyyən şərtlərlə razılıq verməsi isə siyasətin tələblərindəndir. Əvvəla Putin bilir ki, 3 illik münaqişənin nəticəsi olaraq yüz minlərlə insan, milyardlarla vəsait itkisi müqabilində əldə etdiyi demək olar simvolik ərazilərdir. Ona görə simvolik ki,  həmin ərazilər Rusiya tərəfinddən illər önc ilhaq olunmuşdu. Sadəcə Putin daxili auditoriyanın və komandasının “bu müharibə nə üçün idi?” – sualına həmin strafeji əhəmiyyəti olmayan əraziləri göstərəcək. Putinin şərtləri siyasətin qaydalarındadır: Maksimumu istə ki, minimuma nail ol”.     

Politoloqun fikirincə, Ciddə razılaşmasında atəşkəsə nail olmaq əslində ABŞ-ın hədəfidir:

“Çünki prezident Trampın seçki öncəsi vədlərindən biri də, bu münaqişəni bitirmək idi. Münaqişənin bir an öncə bitməsi Trampın strateji hədəflərinə daxildir. Çünki qarşıda Çin və İranla hesablaşma prosesi var. Ukrayna – Rusiya müharibəsi Tramp və komandası üçün hədəfdən yayınmaya səbəb olur. Əslində ABŞ Rusiya ilə bağlı hədəflərinə nail olub. Maddi imkanlar tükənib, hərbi sənaye kompleksindəki mənfi saldonu aradan qaldırmaq üçün on illərlə zaman tələb olunacaq, avtoritet zədələnib, 16 sanksiya paketi və s. Putin özü ilə bağlı situatsiyanı hər kəsdən daha dəqiq bilir. Sadəcə, qeyd etdiyim kimi danışıqlar masasında mümkün olan tavana nail olmaq istəyir. Buna nə qədər nail olacağını isə danışıqlar prosesinin sonunda görmək olacaq. Çünki Putinin özü ilə bağlı gördüyünü, masa ətrafında olanlar da, görür”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Mart 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri