Icma.az
close
up
RU
Trampın yeni qalmaqallı fərmanı Çindən sərt reaksiya

Trampın yeni qalmaqallı fərmanı Çindən sərt reaksiya

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Prezident Donald Tramp ABŞ sularında və beynəlxalq hövzələrdə dəniz dibi mədənçiliyini genişləndirməyə yönəlmiş mübahisəli fərman imzalayıb.

Bakupost.az BBC-yə istinadən xəbər verir ki, cümə axşamı imzalanan bu fərman ABŞ prezidentinin aerokosmik sənaye, yaşıl texnologiyalar və səhiyyə sektoru üçün minerallara çıxışı artırmaq istiqamətində növbəti cəhdidir.

Materialda bildirilir ki, dənizin dibində kobalt və nadir torpaq elementləri kimi vacib minerallarla zəngin olan, “polimetall nodullar” adlanan kartofşəkilli milyardlarla ton ağırlığında qayalar mövcuddur. Bir çox ölkələr və ətraf mühit təşkilatları əlavə tədqiqatlar aparılmadan beynəlxalq sularda dərin dəniz mədənçiliyinə qarşı çıxır.

Donald Trump imzaladığı yeni fərman isə ABŞ-nin dəniz dibində məsuliyyətli mineral axtarışlarında qlobal lider olmasını hədəfləyir. Bu addım, BMT-nin beynəlxalq sularda mədənçiliklə bağlı uzunmüddətli danışıqlarına qarşı getməkdir. Çin isə bu fərmanın beynəlxalq hüquqa zidd olduğunu və qlobal maraqlara zərər verdiyini bildirib.

Fərmana görə, ABŞ həm öz sularında, həm də beynəlxalq ərazilərdə araşdırma və hasilat icazələrini sürətləndirəcək. Tramp administrasiyası bu sahənin 10 ildə 300 milyard dollarlıq iqtisadi fayda və 100 000 yeni iş yeri yaradacağını düşünür.

Avropa İttifaqı, Birləşmiş Krallıq və ətraf mühit qrupları isə əlavə elmi araşdırmalar olmadan bu fəaliyyəti dayandırmağı dəstəkləyir. Onlar dəniz dibindəki canlı növlərinin məhv edilə biləcəyindən narahatdırlar.

Bəzi şirkətlər, o cümlədən The Metals Company (TMC) artıq beynəlxalq sularda mədənçilik icazəsi üçün müraciət edib. Şirkətin rəhbəri bu ilin sonuna qədər işə başlamağı planlaşdırır və dəniz dibi həyatının zəif olduğunu əsas gətirərək, ekoloji narahatlıqlara qarşı çıxır.

Amin Rızayev,BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Aprel 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri