Trampın yeni sərəncamları Baydendən qalma hər şeyi dəyişdirəcək
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
ABŞ-ın yeni prezidenti Donald Tramp yeni sərəncamlar imzalayıb. İmzalanan ilk sənədlər administrasiyada, o cümlədən kabinet səviyyəsində təyinatlar haqqındadır və bu səpgidədir:
ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxması;
Baydenin prezidentliyi dövründə qəbul edilmiş 78 qərarın ləğvi (o cümlədən Kubanı terrorizmin sponsoru kimi yenidən təyin etmək);
ABŞ vətəndaşlığının doğuş hüququ ilə əldə edilməsinə məhdudiyyətlər;
narkotik kartellərinə terror təşkilatı statusu verilməsi;
2021-ci ilin yanvarında Kapitoliyə basqın etməkdə təqsirli bilinən 1500-ə yaxın insanın əfv edilməsi;
Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsi prosesinə başlamaq haqqında sərəncam;
qeyri-qanuni mühacir axınını dayandırmaq üçün ABŞ-ın cənub sərhəddində fövqəladə vəziyyət elan edilməsi;
keçmiş Bayden administrasiyasının məmurlarını həssas məlumatları qeyri-qanuni şəkildə açıqlamağa görə məsuliyyətə cəlb etmək;
TikTok-da Amerika şirkətinin sosial şəbəkənin yarısına sahib olduğunu göstərən bir sərəncam;
söz azadlığının bərpasını və "dövlət senzurasının qarşısının alınmasını" əmr edən direktiv.
Ülviyyə, Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 21 Yanvar 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















