Icma.az
close
up
RU
Trampın YENİ SİSTEMİ Bu ölkələri çətin günlər GÖZLƏYİR...

Trampın YENİ SİSTEMİ Bu ölkələri çətin günlər GÖZLƏYİR...

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-da noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp çox iddialı danışır. O, prezidentliyi dövründə ABŞ-ı sözün hər mənasında supergüc etmək istəyir. Bunun üçünsə mövcud idarəetmədən imtina edib, yeni çağırışlara qoşulmağı hədəfləyir.


Xaricə ötürülən milyardlardan imtina
Amerikada bir çoxları artıq anlayır ki, dünyanı daha əvvəlki kimi idarə etmək olmur.
Demokratiya “qamçısı” artıq o qədər də effektiv deyil. ABŞ dünyanı “demokratikləşdirmək” istəyərkən Çin dünyanın əsas əmtəəçisinə çevrilib. Bu gün dünyada istehlak edilən hər 3 məhsuldan ən azı biri “Made in China”dır. Belə getsə, yaxın illərdə Çin dünyanın iqtisadi “ağası”na çevriləcək.


Ona görə Tramp artıq əvvəlki ənənələrdən imtina etmək istəyir. Məsələn, Tramp bu günlərdə deyib ki, ABŞ Kanadaya ildə 100 milyard dollardan çox, Meksikaya isə 300 milyard dollara yaxın subsidiya verir:
“Biz belə olmamalıyıq, bu ölkələrə niyə subsidiya veririk. Subsidiyadan danışırıqsa, qoy onlar ştat olsunlar. Biz Kanada, Meksika və dünyanın digər ölkələrinə subsidiya veririk”.


Bundan əlavə o, ABŞ-ın Şimali Atlantika Alyansından (NATO) çıxma ehtimalını istisna etməyib:
"Əgər onlar öhdəliklərini yerinə yetirsələr, Vaşinqtonun alyansda davamlı iştirak edəcək. Əks təqdirdə biz yoxuq”.


Nəzərə alaq ki, ABŞ NATO-nun əsas maliyyəçisidir. Qurumun illik xərcinin ən azı yarısını Pentaqon ödəyir.


Ümumilikdə isə ABŞ il ərzində bu və digər şəkildə əcnəbi təşkilatlara və dövlətlərə bir trilyon dollara yaxın yardım paylayır. Tramp da məhz bu yardımları azaltmaq və bütün diqqəti ölkənin iqtisadi gücünü artırmağa yönəltmək istəyir.
ABŞ-ın ümumi borcu 36 trilyonu keçib.


Ölkə iqtisadiyyatı defolt vəziyyətindədir. Ona görə də Tramp problemləri həll etmək və ABŞ-ı daha güclü iqtisadiyyata malik olan dövlətə çevirmək istəyir.


Bir məqamı qeyd edək ki, bəzi ölkələrdə siyasi-iqtisadi böhran yarananda dərin dövlət məsələyə müdaxilə edir. Belə vəziyyətdə əsasən ordu siyasi hakimiyyəti ələ alır.
Amma Amerikada vəziyyət bir qədər fərqlidir. Bu ölkədə dərin dövlət bir qayda olaraq milyarderlərin əliylə məsələyə müdaxilə edir. Ona görə də deyirlər ki, “ABŞ-da prezidenti milyarderlər seçir”.
Təsadüfi deyil ki, son seçkilərdə ABŞ-dakı milyarderlərin çox böyük hissəsi Trampı dəstəkləmişdi. Təkcə milyarder İlon Mask seçki kampaniyasında Trampa 260 milyon dorllarlıq yardım etmişdi. Daha bir fakt, Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra investorlar Amerika səhmləri ilə işləyən fondlara təxminən 140 milyard dollar sərmayə qoyublar. 


Tarixin ən bahalı “kabineti”
Yanvar ayında Ağ Evə qayıtdıqdan sonra Trampın seçdiyi ən azı 11 əsas mövqedəki şəxs ya milyarder statusuna malikdir, ya da milyarder xanımla ailə qurub və ya bu sərvətə yaxınlaşıb.
Nəticədə, ABŞ tarixində ən varlı administrasiya formalaşır – onların ümumi sərvət 340 milyard dollar dəyərində qiymətləndirilib. Tramp daha üç milyarderi vəzifəyə  təyin etməklə bu rəqəmi daha da artırmaq istəyir. Müqayisə üçün qeyd edək ki, "Bayden"in kabinetində təmsil olunanların ümumi sərvəti 118 milyon dollar dəyərində qiymətləndirilir.  
Trampın 2024-cü il administrasiyasının ən zəngin və ən məşhur üzvü isə "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, dünyanın ən varlı insanı İlon Maskdır.  


Texnologiya sahəsində sərvəti 1 milyard dolları keçdiyi bildirilən Vivek Ramasvami ilə yanaşı, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask da hökumət effektivliyini artırmaq məqsədilə yaradılan və qısaldılmış adı "Doge" olan yeni strukturun rəhbəri təyin edilib. Bu qurumun əsas məqsədi dövlət xərclərini azaltmaqdır.  


Mask, milli büdcədən 2 trilyon dollar qənaət etməyi vəd etsə də, bu məqsədə necə və hansı müddətdə nail olunacağı barədə detallı məlumat verməyib. Qeyd edək ki, nə Mask, nə də Ramasvami Senatın təsdiqinə ehtiyac duyacaq, çünki "Doge" rəsmi hökumət qurumu deyil.
Bundan başqa keçmiş "Dünya Güləş Əyləncəsi" ("WWE") icraçı direktoru Linda MakMahon təhsil naziri vəzifəsinə namizəd göstərilib. Onun həyat yoldaşı Vins MakMahonun sərvəti 3 milyard dollar təşkil edir.  
Digər namizədlər arasında daxili işlər naziri vəzifəsinə Şimali Dakota qubernatoru və keçmiş iş adamı Daq Burqum, ticarət naziri vəzifəsinə "Cantor Fitzgerald" şirkətinin baş direktoru Hovard Latnik, xəzinə naziri vəzifəsinə isə Corc Sorosun keçmiş tərəfdaşı və hedge-fond meneceri Skott Bessent yer alır.
Bu şəxslərin ümumi sərvəti 10,7 milyard dollar dəyərindədir ki, bu da Trampın ilk kabinetindəki sərvətdən 4,5 milyard dollar çoxdur.


Senat təsdiqinə ehtiyacı olan digər namizədlər arasında daşınmaz əmlak maqnatı və Trampın kürəkəni Cared Kuşnerin atası Çarlz Kuşner Parisə səfir, investisiya bankçısı Uorren Stivens isə Londona səfir təyin olunub.


Bundan əlavə, kommersiya astronavtı və iş adamı Cared Ayzekman "NASA"nın rəhbəri vəzifəsinə, keçmiş senator və Trampın inauqurasiya komitəsinin həmsədri Kelli Lefler isə Kiçik Biznes Administrasiyasının rəhbəri vəzifəsinə namizəd göstərilib.
Orta Şərq üzrə nümayəndə kimi təyin olunan daşınmaz əmlak maqnatı və Trampın qolf tərəfdaşı Stiv Vitkofun sərvəti 1 milyard dollar dəyərində qiymətləndirilir. Sosial Təminat Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunan Frank Bişinano isə ölkənin təqaüd və müavinətlərini idarə etməyə cavabdeh olacaq. "Fiserv Inc" şirkətinin prezidenti olan Bişinanonun sərvəti təxminən 974 milyon dollar olaraq qiymətləndirilir.
Trampın müdafiə nazirinin müavini vəzifəsi də daha bir milyarderə, "Cerberus Capital Management" şirkətinin həmsədri və özəl kapital investoru Stiven Faynberqə təklif etdiyi bildirilir. Onun şəxsi sərvəti bu ilin iyul ayında 4,8 milyard dollar olaraq qiymətləndirilib.


Faynberqin təklifi qəbul edib-etmədiyi hələlik məlum deyil. 
DOGE nə deməkdir?
Federal bürokratiyanı məhv etmək və hökuməti özünə sadiq şəxslərlə təmin etmək üçün "Hökumət Effektivliyi Departamenti" ("DOGE") yaradılıb. Bu departamentin rəhbərliyini İlon Mask və Vivek Ramasvami həyata keçirəcək.
Mask və Ramasvami "Wall Street Journal"da dərc etdikləri məqalədə bir fəaliyyət planı təqdim ediblər. Onların bu təşəbbüsü hökuməti islah etmək üçün ilk cəhd deyil. Belə ki, 1980-ci illərdəki "Grace Komissiyası" kimi əvvəlki səylər böyük hüquqi maneələrlə üzləşərək uğursuz olub.
Bu gün "DOGE"nin uğur qazanıb-qazanmayacağı sual altındadır.
Əvvəla, "DOGE" nə departament, nə də komitə deyil. Onların federal işçiləri işdən çıxarmaq və ya agentlikləri bağlamaq səlahiyyəti yoxdur. Baxmayaraq ki, federal büdcədən 2 trilyon dollar qənaət etməyi planlaşdırdıqlarını elan ediblər. Bunun öhdəsindən gəlmək üçün müxtəlif taktikalar seçiblər. Əsas metodun isə işçilərin ixtisarı olacağı gözlənilir.
Daha təhlükəli məqam isə Maskın fərdi dövlət məmurlarını hədəf seçməsi və onlara qarşı onlayn qrupları qızışdırmasıdır. Mask, cari işçilərin könüllü şəkildə dövlət xidmətini tərk etməsinə səbəb olan qorxu mühiti yaratmaq niyyətindədir.
Təbii ki, ləğv ediləcək qaydalar illərlə davam edəcək məhkəmə işlərinə səbəb olacaq və biznes maraqları üçün qeyri-müəyyənlik yaradacaq. Əgər administrasiya öz məqsədlərinə çoxsaylı icra sərəncamları vasitəsilə nail olmağa çalışsa, bu, uğursuzluğa zəmin hazırlayacaq.
Xüsusilə də, 2028-ci ildə Demokratların hakimiyyətə qayıtması ehtimalı gerçəkləşərsə, bu addımların təsiri daha da dərin olacaq. Belə bir ssenari, “kiçik hökumət” ideyasını təbliğ edən mühafizəkarlığın zəifləməsinə səbəb ola bilər.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri