Trampın yeni təzyiq siyasəti Putini sülhə məcbur edəcək? XƏBƏRDARLIQ
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
ABŞ administrasiyasının Ukraynanı silahlandırması və Rusiyaya qarşı sanksiyalarla təzyiq göstərmək siyasəti Prezident Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin yaratdığı təhlükəni anladığını göstərsə də, bu, sülhün bərqərar olması üçün kifayət etmir.
Milli.Az xəbər verir ki, bu fikirləri ABŞ-nin Ukraynadakı keçmiş səfiri Con Herbst bildirib.
Herbst qeyd edir ki, Trampın bu addımları Putini danışıqlara oturmağa və sülh razılaşması imzalamağa məcbur etməyəcək. Çünki Kreml rəhbərinin əsas məqsədi dəyişməz olaraq qalır - Ukraynada daha çox irəliləməyə nail olub siyasi üstünlük əldə etmək.
Bu səbəbdən keçmiş səfir hesab edir ki, Tramp administrasiyası əvvəlki Prezident Co Baydenin komandası tərəfindən tətbiq edilən mərhələli və ehtiyatlı yanaşmadan imtina etməli və əvəzində Rusiya ordusunun irəliləyişini dayandıra biləcək, Rusiya iqtisadiyyatını zəiflədəcək və Ukraynanın müdafiə qabiliyyətini daha da gücləndirəcək uzunmüddətli strategiya formalaşdırmalıdır.
Herbst bu istiqamətdə ilk növbədə Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarının ödənilməsini vacib sayır. O, xüsusilə daha çox "Patriot" batareyaları və daha təsirli raketlərin təmin edilməsinin vacibliyini vurğulayır. Lakin onun sözlərinə görə, əsas məqsəd Rusiyanın döyüş meydanında irəliləyişinin qarşısını almaq olmalıdır.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 18 İyul 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















