Trampın Zelenski ilə bağlı açıqlamalarının məqsədini açıqlanıb...
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
...ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenskini tənqid edən bəyanatları ona təzyiq etmək məqsədi daşıyır.
SİA-nın məlumatına görə, Strana.ua xəbər verir ki, bu barədə politoloq Ruslan Bortnik bildirib.
Onun sözlərinə görə, prezident seçkilərinin keçirilməsi tələbi ilə bağlı Zelenskiyə təzyiqlər edilir. O əlavə edib ki, Tramp bununla Ukrayna prezidentinin ölkəsində hakimiyyəti itirə biləcəyinə eyham vurur.
Politoloq Trampın ikinci məqsədini Ukrayna prezidentinin Qərbdə nüfuzunu pisləşdirmək istəyi adlandırıb. Beləliklə, Bortnik hesab edir ki, ABŞ prezidenti Zelenskinin situasiyaya təsirini azaltmağa və onu Qərb siyasətçilərindən nə isə tələb etmək imkanından məhrum etməyə çalışır.
…Mən istisna etmirəm ki, Tramp bu texnikanı biznesdən götürüb, burada ən yaxşı razılaşma şərtlərini əldə etməyə çalışarkən tərəfdaşa hər cür təzyiq göstərmək adətdir. Amma Tramp razılaşmada maraqlıdır, ona görə də yekun nəticəyə baxacağıq, - deyə politoloq yekunlaşdırıb.
…Bundan əvvəl Ali Radanın deputatı Aleksey Qonçarenko Zelenski ilə Tramp arasında ictimai münaqişəni fəlakət adlandırmışdı. O, Trampın “dezinformasiya köpüyündə” olduğunu söyləməyin yanlış olduğunu bildirib.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 21 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















