Icma.az
close
up
RU
TRAMPIN ZELENSKİDƏN NƏ İSTƏDİYİ MƏLUM OLDU “ABŞ nin yeni təklifində daha ağır şərtlər var...”

TRAMPIN ZELENSKİDƏN NƏ İSTƏDİYİ MƏLUM OLDU “ABŞ nin yeni təklifində daha ağır şərtlər var...”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Tramp ərazi güzəşti təklif edib, Putin daha çoxunu istəyib”

“Uitkoff-Kuşner-Putin görüşündən sonra “sülh planı” pisləşib”

ABŞ Prezidenti Donald Tramp Vladimir Putinə Ukrayna ərazisinin bir hissəsini Rusiyaya təhvil verməyi nəzərdə tutan plan təklif edib, lakin Putin bundan imtina edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə "The Guardian" qəzeti ABŞ və Ukrayna administrasiyalarındakı mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, Putin Trampı Rusiyanın hərbi əməliyyatları davam etdirməklə "daha çox şeyə nail ola biləcəyinə" əmin edib.

"ABŞ-nin danışıqlardakı son uğursuzluğu Trampın Ukraynaya yanaşmasındakı birtərəfli balanssızlığı bir daha nümayiş etdirdi. Rusiyanın maraqlarını nəzərə almaq prinsipindən çıxış edən Tramp, Zelenskini tənqid etməklə və silah təchizatını dayandırmaqla Ukraynanın mövqeyini zəiflətdi. Trampın vasitəçilik etmək istəyi, vasitəçiliyə lazımi təcrübəsi olmayan insanları cəl etməsi və Avropanı kənara çəkmək cəhdləri əslində Moskvanın mövqeyini gücləndirib. Trampın müdaxiləsi münaqişəni uzadır. Daha çox zərərin qarşısını almaq üçün o, prosesdən çəkilməlidir, Avropa və NATO isə Ukraynaya dəstəyini artırmalıdır: daha çox silah təmin etməli, dondurulmuş Rusiya aktivlərindən istifadə edərək kreditlər verməli, Rusiyaya qarşı enerji sanksiyalarını tam şəkildə tətbiq etməli, sabotaj və kiberhücumlara qarşı cavab tədbirlərini gücləndirməli və Rusiyanın aqressiv hərəkətləri dövrünə son qoymaq üçün daha vahid yanaşma nümayiş etdirməlidir", - deyə nəşr yazır.

“Axios” nəşri isə öz mənbələrinə istinadla yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın "sülh planı"nın bir hissəsi olaraq ərazi və digər güzəştlərə razılaşması üçün ABŞ-nin artan təzyiqi ilə üzləşir.

Nəşr qeyd edir ki, ABŞ Zelenskiyə Putindən daha çox təzyiq göstərir və həftələrlə davam edən intensiv diplomatik danışıqlardan sonra ukraynalılar hələ də ABŞ planının bəzi aspektlərinin daha çox Moskva üçün faydalı olduğuna əmindirlər.

Nəşr onu da qeyd edir ki, adı çəkilməyən Amerika rəsmisinin dediyinə görə, mövcud layihədə Ukrayna təkliflərinə əhəmiyyətli dərəcədə yer verilib və Kuşnerlə Uitkoff Putinə Ukraynanın bəzi tələblərinə razı salmaq üçün təzyiq edib.

Adı çəkilməyən Ukrayna rəsmisi isə “Axios”-a deyib ki, Kiyevin fikrincə, Trampın vasitəçiləri Stiven Uitkoff və Cared Kuşner ötən həftə Kremldə Putinlə beş saatlıq görüş keçirdikdən sonra ABŞ-nin sülh planı pisləşib. Rəsmi əlavə edib ki, Uitkoff və Kuşner şənbə günü iki saatlıq telefon danışığı zamanı Zelenski ilə planı müzakirə edərkən ondan qəti "hə" cavabı almaq istəyiblər.

"Sanki ABŞ bizi Rusiyanın bütün Donbası ələ keçirmək imkanına müxtəlif yollarla inandırmağa çalışırdı və amerikalılar telefon danışığı zamanı Zelenskinin bütün bunlara razılaşmasını istəyirdilər", - deyə Ukrayna rəsmisi bildirib.

ABŞ və Ukrayna rəsmilərinin sözlərinə görə, Uitkoff və Kuşnerlə telefon danışığı zamanı Zelenski ABŞ-nin təklifini cəmi bir saat əvvəl aldığını və hələ oxumadığını bildirib. ABŞ rəsmisi bunun qəribə olduğunu deyib, çünki Vaçinqton bir gün əvvəl yenilənmiş təklifi Ukrayna tərəfinə təqdim edib. Ukrayna rəsmisi isə qeyd edib ki, bəzi sənədlər doğrudan bir gün əvvəl təqdim olunsa da, digərləri sözügedən zəngdən qısa müddət əvvəl alınıb.

Ukrayna rəsmisi həmçinin iddia edib ki, ABŞ-nin yeni təklifində ərazi məsələsi və Zaporojye Atom Elektrik Stansiyası kimi məsələlərdə əvvəlki versiyalardan daha ağır şərtlər var və təhlükəsizlik zəmanətləri ilə bağlı əsas suallara cavab verilməyib. Ukrayna rəsmisinin sözlərinə görə, Amerika tərəfi Zelenskinin sadəcə telefon danışığı zamanı şərtlərlə razılaşacağını gözləyirdi. O qeyd edib ki, Tramp administrasiyası Zelenskini tez hərəkətə keçməyə məcbur edərkən, avropalılar ona ehtiyatlı və səbirli olmağı məsləhət görürlər. “Axios”-a görə, bu durum avropalıları razılaşmanın "əsas maneəsi" hesab edən bəzi Ağ Ev rəsmilərini qıcıqlandırır.

Nəşr əlavə edir ki, ukraynalılar və avropalılar da təhlükəsizlik zəmanətlərini müzakirə edirlər. Avropa rəsmisi bildirib ki, ABŞ-nin zəmanətlərin verilməsində hansı rol oynamağa hazır olduğu və Avropa müttəfiqlərindən nə gözlədiyi hələ də məlum deyil.

Nəhayət, “Axios”-un da yazdığı kimi, indiki vəziyyət Zelenski və Tramp administrasiyaları arasında mövcud olan inamsızlığı və ABŞ-nin daha çox işğalçıya deyil, təcavüzə məruz qalan tərəfə təzyiq göstərdiyini əks etdirir.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Dekabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri