Trampla 1 milyonluq süfrə arxasında: Dünyanın ən varlı adamı elə hərəkət etdi ki... VİDEO
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milyarder və hazırda ABŞ Prezidenti Donald Trampın yaxın adamı hesab edilən İlon Mask ilginc davranışalrı ilə diqqəti cəlb etdir.
İnternetdə milyarderin Prezident Donald Trampla eksklüziv şam yeməyi zamanı bıçaqla oynadığı görüntülər yayılıb.
“Cebheinfo.az” xəbər verir ki, dünyanın ən zəngin adamı Mar-a-Laqodakı malikanəsində prezidentin yanında oturarkən barmağının ucunda bıçaqları tutub və videoya çəkilib.
Martın 15-də Floridada keçirilən dəbdəbəli ziyafətdə Tramp digər qonaqlarla söhbət edərkən, bir çox platformalarda yayılan videoda Mask başqa işlərlə məşğuldur.
Görünür, o, Ağ Evin mətbuat katibi Kerolyn Leavittə öz “bacarıqlarını” nümayiş etdirir. Maskın yanında “Neuralink” şirkətinin baş direktoru və dörd uşağının anası Siobhan Zilis oturur.
Arxa fonda çəkiliş aparan şəxsin “İlon, sən nə cəhənnəm edirsən?” sözləri eşidilir.
Mask daha sonra “X”-də yazıb ki, çəngəl və iki qaşığı barmağın ucunda balanslaşdırıb.
İstifadəçilərdən biri onun paylaşımına “Mən 5 yaşım olanda eyni şeyi etdim” deyə cavab verib. Çoxlarına onun davranışı qəribə gəlib.
Yeri gəlmişkən, məlumatlara görə, şam yeməyində iştirak hər qonağa 1 milyon dollara başa gəlir.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: Tramp 1 milyonluq süfrə arxasında
Baxış sayı:137
Bu xəbər 24 Mart 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















