Icma.az
close
up
RU
“Trampla birlikdə regionu daha yaxşı edəcəyik“: Netanyahu Vaşinqtona yola düşüb

“Trampla birlikdə regionu daha yaxşı edəcəyik“: Netanyahu Vaşinqtona yola düşüb

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Trampın xarici lider kimi Netanyahunu ilə ilk görüşü ABŞ və İsrail arasında güclü ittifaqdan xəbər verir..."

İsrail baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona yola düşüb.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, Tramp İsrail baş nazirini xarici ölkə liderləri arasında ilk olaraq görüşə dəvət edib, çünki Yaxın Şərqdə vəziyyət təcili qərarlar tələb edir. Bu, həmçinin İsrailin qonşuları ilə münasibətlərini və İran məsələsini əhatə edir. Tramp Yaxın Şərqdə müharibə və qarşıdurmanı sona çatdırmaq məqsədi qoyub və bu həll olunması çətin olan məsələyə "yaradıcı" bir həll tapmağa çalışır.

"İndi Donald Trampla çox vacib görüşə gedirəm. Bu, prezidentin inauqurasiyadan sonra xarici bir liderlə birinci görüşü olduğuna görə İsrail dövləti üçün çox şey ifadə edir. Bu, ABŞ ilə İsrail arasındakı güclü ittifaqdan, habelə bizim güclü əlaqəmizdən xəbər verir ki, bu əlaqə artıq həm İsrailə, həm də bütün regiona fayda gətirib və dörd ərəb dövləti ilə sülh sazişlərinə yol açıb," - Netanyahu uçuşdan əvvəl jurnalistlərə bildirib.

"Görüşdə bizim üçün kritik olan məsələlər müzakirə olunacaq, bu, HƏMAS üzərində qələbə, girovların geri qaytarılması və İsrailə təhdid yaradan bütün komponentləri ilə İranın aksiyasıdır. Müharibə zamanı qəbul etdiyimiz qərarlar artıq Yaxın Şərqi dəyişib, həm də tanınmaz dərəcədə dəyişib. Düşünürəm ki, prezident Trampla birlikdə işləyərək, biz regionda yaxşılığa doğru daha çox dəyişiklik edə bilərik," - baş nazir bəyan edib.

Dünən axşam Netanyahu HƏMAS ilə məhbus mübadiləsinin ikinci mərhələsi üzrə danışıqlara başlamaq üçün danışıqlar qrupunun Dohaya yola düşməsini ləğv edib. Bunun əvəzinə baş nazir Vaşinqtonda Trampın nümayəndəsi Stiv Vitkoffla görüşəcək.

"Netanyahu Trampa ikinci mərhələ üzrə gözlənilməz təklif gətirir..."

Netanyahu ikinci mərhələ üzrə danışıqların başladılacağını təsdiqləyib, vəd edildiyi kimi, danışıqlar atəşkəsin 16-cı günü başlanacaq. Lakin ikinci mərhələyə keçərlən sövdələşmənin pozulmaması üçün bu fazanın dəyişilməsini təklif edib.

Yeni təkliflərin mahiyyəti odur ki, ikinci mərhələyə keçmək əvəzinə, birinci mərhələ bir neçə həftə uzadılacaq. Bu, HƏMAS ilə İsrail arasında ilk mərhələdə şüurlu olaraq gizlədilmiş ziddiyyətlərin, anlaşma uğurla baş tutacaq qədər yumşaldılaraq, ikinci mərhələdə dözülməz hala gəlməsinin qarşısını almağa xidmət edir. HƏMAS Qəzza ərazisində qalmağı təmin edəcək zəmanətlər tələb edir, İsrail isə HƏMAS-ı hərbi yolla məhv etmək istəyir.

Ancaq İsrail tərəfinin fikrincə, başqa bir imkan da mövcuddur. HƏMAS mövcud plan üzrə birinci mərhələni uzadacaq: hər həftə üç girovun azad edilməsi qarşılığında onlarla terrorçu məhbusun azad ediləcək 

və Qəzza bölgəsinə humanitar yardım yük maşınlarını göndəriləcək. Bu proses HƏMAS-ı məğlub etmək fikrindən imtina edilmədən davam etdirilə bilər.

Bu zaman İsrail tərəfi anlayır ki, bu plan sonsuza qədər, sonuncu girova qədər işləməyəcək. HƏMAS İsrailə qarşı təzyiq vasitəsi olaraq qalan tək aləti verməyə maraqlı deyil. Lakin İsrailin və HƏMAS-ın hədəfləri arasında cəbhə münaqişəsinin təxirə salınması daha çox girovun qaytarılmasına imkan verəcək ki, bu da yaxşıdır. Amma tez və ya gec, HƏMAS bu prosesi dayandıracaq və o zaman qalan girovların taleyi pis olacaq. Hələ qərarın nə olacağı məlum deyil.

İsrail mətbuatı xəbər verir ki, Benyamin Netanyahu Vaşinqtona səfərində "Şiba" xəstəxanasının baş kardioloqu, doktor Eyal Geller müşayiət edir. Məlumdur ki, Netanyahunun ürək problemləri olub və 2023-cü ildə ona elektrokardiostimulyator qoyulub.ə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Fevral 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri