“Trampla danışıqlar bağlı qapılar arxasında davam etdirilməlidir”
Missiya.az saytına istinadən Icma.az xəbər verir.
“ABŞ Prezidenti Donald Trampla danışıqlar bağlı qapılar arxasında davam etdirilməlidir”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Londonda jurnalistlərə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, ABŞ Ukraynaya yardımı dayandırmayacaq.
"Münasibətləri xilas etməyə gəlincə, düşünürəm ki, əlaqələrimiz davam edəcək. Düşünürəm ki, bu cür müzakirələrin tam açıq olması düzgün deyil. Baş verənlərin formatı, tərəfdaşlar kimi bizə müsbət və ya əlavə bir şey gətirdiyini düşünmürəm", - deyə siyasətçi vurğulayıb.
Zelenski əlavə edib ki, təklif olunan faydalı qazıntılar haqqında sazişi imzalamağa hazırdır.
O bildirib ki, ABŞ da buna hazır olacaq.
Daşqın Həsənov
Missiya.Az
Baxış sayı:152
Bu xəbər 03 Mart 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















