Icma.az
close
up
RU
Trampla Putin arasındakı pis “zarafat” bitir...

Trampla Putin arasındakı pis “zarafat” bitir...

Icma.az, Sia Az saytına istinadən bildirir.

Mətləb Salahov: ”Ağ Ev rəhbəri dünya qarşısında ciddiliyini sübut etmək üçün Rusiya iqtisadiyyatına ölümcül sanksiya zərbəsi hazırlayır”

“Son beş-altı ay ərzində Vladimir Putin Donald Trampın onunla razılaşacaq sadəlövh, amma qazanc naminə bir çox məsələyə göz yuman ABŞ prezidenti olduğunu düşünürdüsə, artıq bu məsələd də vəziyyət dəyişib. İndi Kreml rəhbəri ABŞ-dakı həmkarına münasibətdə artıq heç bir “dostluğa”, mövqe birliyinə bel bağlaya bilməz. Çünki artıq D.Tramp da V.Putinin sadəlövhcəsinə aldatdığı prezident obrazından çıxmağa başlayıb. Daha Avropadakılar onu KQB generalının əlində oyuncaq olan milyarder prezident də adlandıra bilməz. Ona görə ki, prezidentliyinin ilk günündən üzü bəri V.Putin tərəfindən aldadılan D.Tramp bütün dünyaya özünün ciddiliyini və supergüc olduğunu sübut etmək üçün Rusiyanı dizə gətirəcək addımlara hazırlaşır. Artıq hədəf Rusiya iqtisadiyyatının çökdürülməsidir.
Dünya siyasətində fırtına kimi əsən ABŞ prezidentinin Rusiya məsələsində yumşaqlıq göstərib özünü hörmətdən salması artıq ən yaxın ətrafı tərə\findən də qəbuledilməz sayılır”.
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, hazırkı ana qədər dünyadakı əksər münaqişələri bitirdiyini idda edən ABŞ prezidentinin Ukrayna müharibəsini bitirə bilməməsi və ən pisi isə V.Putin tərəfindən dəfələrlə aldadılması D.Tramp üçün “qırmızı cizgidir”.
“Budapeştdə V.Putinlə görüşü təxirə salan D.Tramp avropadakı müttəfiqlərinin də təkidi ilə Rusiya əleyhinə ölümcül sanksiya paketi hazırlayır. Bu qərar həm də D.Trampla V.Putin arasındakı “pis zarafatın” bitdiyi anlamına gəlir.
Artıq zarafat vaxtı keçib. İndiyə qədərki yüngül sanksiyalarla V.Putinin istehzalı atmacalarından başqa heç nə qazanmayan rəsmi Vaşinqton, bu dəfə Rusiya rəhbəri ilə bağlı bütün “pis zarafatları” kökündən alt-üst edəcək tədbirlər görməkdə qərarlıdır. İlk növbədə Moskvanı enerji mühasirəsinə salmaq, iri alıcı dövlətləri Rusiya enerjisindən çəkindirmək, habelə Moskvanı bu vaxta qədər Qərbə qarşı sahib olduğu mühüm rıçaqlardan məhrum etmək əsas hədəfdir. Düzdür, cavabında V.Putin də ABŞ və qoca qitəni hədələyən fikirlər səsləndirib - əlbəttdə hərbi cavab zərbəsini nəzərdə tutaraq. Lakin D.Trampın ölümcül iqtisadi sanksiyaları daha real görünür, nəinki V.Putinin hərbi hədələri”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri