“Trampla Putin o qədər yaxındırlar ki...” “Demokratik Venesuela ABŞ yə də sərf etmir
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qüdrət Həsənquliyev: “Beynəlxalq hüquq deyilən bir şey qalmayıb”
“Venesuela Prezidentinin ABŞ tərəfindən oğurlanması ilk növbədə Venesuelada dövlət institutlarını qorumalı olan strukturların nə qədər zəif olmasını göstərdi. Dövlət mafiya prinsipləri ilə idarə olunanda belə olur. Kənardan daha güclü biri ortaya çıxanda tərəfdarları dərhal onu satır, həmin yeri tutmaq üçün güclüyə öz xidmətlərini təklif edirlər”.
“AzPolitika” xəbər verir ki, bunu ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Onun sözlərinə görə, bu hadisə göstərdi ki, beynəlxalq hüquq deyilən bir şey qalmayıb. Kim güclüdürsə, istədiyini milli maraqlar adı altında həyata keçirir: “Başqa bir məsələ isə ondan ibarətdir ki, cinayət törədən dövlət başçılarını da məsuliyyətə cəlb etmək yolu yoxdur. Əgər ABŞ-nin dediyi kimi Maduro ABŞ-yə narkotika ixracı ilə məşğuldursa, BMT Təhlükəsizlik Şurasında Venesuella əleyhinə qərar qəbul etdirə bilərdimi? Əlbəttə ki, yox. Nə Rusiya, nə Çin buna imkan verərdi. Ona görə BMT-də ciddi islahatlar aparılmalı, böyük nüvə dövlətlərinin veto hüququ aradan qaldırılmalı, Təhlükəsizlik Şurasında qərarlar 3/4 – dörddə üç səs çoxluğu ilə qəbul olunmalıdır”.
Partiya sədri Rusiyanın Ukraynaya qarşı işğalda qınanaraq sanksiyalara məruz qaldığı dövrdə ABŞ-nin Venesuelaya qarşı hücum etməsinin səbəbini belə izah edib: “Çünki bunu itkilərsiz, yaxud az itkilərlə həyata keçirməyin mümkünlüyünə əmin olublar. İkincisi, Venesuela neftlə zəngin ölkədir. Ən başlıcası isə ABŞ Əfqanıstandan qaçandan və Rusiya Ukrayna müharibəsindəki zəifliyi açıq-aşkar üzə çıxandan sonra ona kiçik də olsa qələbə lazım idi. Trampın güclü lider obrazı dağılırdı. Maduronun tutulması Nyu-York meri Mamdaninin andiçmə gününə təsadüf etdi və bu, Mamdaninin inaqurasiya mərasiminin ABŞ-də böyük siyasi hadisəyə çevrilməsinin qarşısını aldı”.
Q.Həsənqulieyv Maduronun həbsi ilə bağlı Rusiya ilə anlaşma ehtimalının olub-olmamasını belə dəyərləndirib: “Siyasətdə heç nəyi inkar etmək olmaz. Trampla Putin o qədər yaxındırlar ki, belə bir müzakirənin olmasını istisna etmirəm. Baxmayaraq ki, mətbuat konfransında Tramp bunu inkar etdi. Putin Trampın nüfuzunun qalxması və daha güclü görünməsi üçün hər şeyə gedə bilər, çünki Ukrayna müharibəsində qalib gəlməsi üçün onun dəstəyinə ehtiyacı var”.
Millət vəkili hesab edir ki, Venesuelada demokratik, hüquqi dövlət qurulmasını ABŞ və daha çox Venesuela xalqı istəməlidir.
“Demokratik Venesuela ABŞ-yə o qədər də sərf etmir. Bir şəxsə istədiyini qəbul etdirmək çox asandır, nəinki bir xalqa. Bundan başqa, gənclərin böyük bir kəsimi kriminal qruplaşmaların fəaliyyətinə cəlb olunub, cəmiyyətdə böyük aşınma baş verib, ali dəyərlər demək olar ki, ölüb. Bu baxımdan Venesuelada demokratik cəmiyyət qurmaq asan olmayacaq”, - ƏHD sədri vurğulayıb.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 05 Yanvar 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















