Trampla Si Cinpinin görüşü başladı Canlı Yenilənir
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Çin Sədri Si Cinpin bu gün ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.
“Qafqazinfo” xəbər verir ki, sözügedən görüntülər hazırda Ağ Evin “YouTube” kanalında canlı yayımlanır.
Məlumata görə, Çin lideri və onun həyat yoldaşı Pen Liyuanı Ağ Evin Cənub çəmənliyində Birləşmiş Ştatlar Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayıblar.
Qarşılanma mərasimindən dərhal sonra Çin Sədrinin rəsmi dövlət səfəri münasibətilə təntənəli tədbirə start verilib.
Proqrama əsasən, Tramp və Si Cinpin mətbuat qarşısında qısa bəyanatlarla çıxış edəcək, daha sonra dövlət başçıları və xanımları qarşılıqlı xatirə hədiyyələri təqdim edəcəklər. Təntənəli mərasimin davamında Ağ Evin ərazisində ABŞ Silahlı Qüvvələrinin parad çıxışları və hərbi nümayişləri təşkil olunacaq.
Liderlərin təkbətək və nümayəndə heyətləri ilə keçirəcəyi danışıqlarda qlobal ticarət, hərbi gərginlik və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 24 Sentyabr 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















