Icma.az
close
up
RU
Trampla süqut, yoxsa Ərdoğanla xilas? Zelenski “qara tunel”dən necə çıxacaq? TƏHLİL

Trampla süqut, yoxsa Ərdoğanla xilas? Zelenski “qara tunel”dən necə çıxacaq? TƏHLİL

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Amerika Birləşmiş Ştatlarında (ABŞ) hakimiyyət dəyişikliyindən sonra Ukraynaya münasibət də dəyişdi. Daha dəqiq desək, Donald Tramp administrasiyası Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı “U” dönüşü etdi. Vəziyyət o həddə çatdı ki, Donald Trampın oğlu Donald Tramp Jr. belə "X" sosial şəbəkə hesabında Zelenskini oriental rəqqasə obrazında paylaşaraq məsğərəyə qoydu.



Dünən isə ABŞ-nin vitse-prezidenti və Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts Zelenskiyə xəbərdarlıq etdi. Digər tərəfdən isə bu xəbərdarlığın ardından Böyük Britaniyanın baş naziri Kir Starmer Zelenskiyə zəng edərək dəstəyini bildirdi. Hansı ki, bir neçə gün öncə Türkiyə lideri Rəcəb Tayib Ərdoğan da Zelensiyə çətir tutmaqla bir növ Ukraynaya dəstəyini davam etdirəcəyi barədə bütün dünyaya mesaj vermişdi.

Maraqlıdır, bütün baş verənlərin fonunda Ukraynada vəziyyət hansı istiqamətdə dəyişəcək? Ərdoğanın təhlükəsizlik çətiri Zelenskini və ölkəsini xilas edəcək, yoxsa Tramp administrasiyası Zelenskinin və Ukraynanın Rusiya qarşısında süqutu olacaq?

Bakupost.az-ın mövzu ilə bağlı suallarına politoloq Aytən Qurbanova aydınlıq gətirib.

A.Qurbanova əvvəlcə hakmiyyət dəyişikliyindən sonra ABŞ-nin Zelenskiyə qarşı münasibətinin dəyişməsinə aydınlıq gətirib: “Üç ildir davam edən Rusiya-Ukrayna müharibəsinin ilk günündən etibarən proqnozlaşdırılan bir çox ehtimallar özünü doğrultmağa başlayıb. Həm də ehtimal edilməyən, tam fərqli yanaşmaların ortaya çıxdığı, hadisələrin proqnozlaşdırıla bilməyən bir istiqamətdə cərəyan etdiyi aydın şəkildə müşahidə olunur. İlk gündən etibarən ABŞ, ümumilikdə kollektiv Qərb Ukraynanın ərazi bütövlüyünün tanınması, Rusiya qarşısında Ukraynanın dəstəklənməsi ilə bağlı həmrəylik nümayiş etdirsə də, çox təəssüflər olsun ki, fərqli mərhələlərdə onların ziddiyətli maraqları, fikir ayrılıqları ön plana çıxıb. Xüsusilə Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra ilk mərhələdə atılan addımlar, atəşkəslə bağlı verilən vədlərin yerinə yetirilməsi üçün bütün cəhdlərin davam etdirilməsi onu göstərir ki, ABŞ Tramp administrasiyası dövründə istənilən halda Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunmasını qarşıya hədəf olaraq qoyub. Bu istiqamətdə Rusiyaya təsir vasitələrindən istifadə etmək, ya da güzəştlər etməklə paralel olaraq Ukrayna üzərində də bütün təziq və təsir vasitələrindən istifadə olunur. Yəni 3 ildir davam edən yardımlar bu gün Ukrayna əleyhinə istifadə olunan arqumentlər kimi səsləndirilməyə başlanılıb. Hətta Putinlə eyni mövqedən çıxış edən Tramp artıq Zelenskinin hakimiyyətinin legitimliyi məsələsini sual altına qoyur, atəşəkəsin şərtlərinin sıralanmasında prezident seçkilərinin keçirilməsini ön sıraya çəkir. Bu, onu göstərir ki, Ukrayna çox həssas bir dövrdən keçir”.

Politoloq Böyük Britaniya liderinin indiki çətin vəziyyətdə Zelenskiyə yardım əli uzatmasını da şərh edib: “Bu istiqamətdə atılacaq addımlar Ukraynanın taleyi və mövcudluğu üçün özündə kifayət qədər məsələləri ehtiva edir. Təbii ki, bununla bağlı Avropanın mövqeyi fərqlidir. Burada əsas məsələ Ukraynanın ərazi büövlüyü deyil, yeni formalaşan dünya nizamında qoca qitə Avropa ABŞ-nin diktəsi ilə formalaşmış proseslərin tərkib hissənə çevrilmək istəmir. Ona görə də Rusiya-Ukrayna müharibəsində Avropa öz maraqlarına uyğun, fərqli yanaşma ortaya qoyur. Nə qədər təsirli olacağını, hadisələrin gedişatına necə təsir edə biləcəyini gələcək göstərəcək. Amma düşünürəm ki, bu həmrəylik, qətiyyətlilik bir qədər gecikmiş mövqedir. Çünki hadisələrin ilkin mərhələsində Avropa bu həmrəyliyi qətiyyətlə nümayiş etdirsəydi, Rusiya Ukrayna ərazilərini bu qədər işğal edə bilməzdi, proseslər bu həddə inkişaf etməzdi”.

Türkiyə liderinin Ərdoğana uzatdığı təhlükəsizlik çətirinə gəlincə, A.Qurbanova bunları deyib: “Türkiyənin mövqeyi də kifayət qədər maraqlıdır. Zelenskinin Ankara səfəri, Ərdoğanla keçirilən görüşlər və Ukraynaya təhlükəsizlik çətiri zəmanəti ilə bağlı verilən mesajlar onu göstərir ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünün qurban verilməsi ilə bağlı hansısa şərtlərin diktə edilməsini qəbul etməyəcək. Ona görə də atəşkəsin ədalətli şərtlərlə təmin olunması ilə bağlı kifayət qədər haqlı və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməyi planlaşdırır”.

Hadisələrin bundan sonrakı gedişatı ilə bağlı isə politoloqun proqnozları nikbindir: “Düşünürəm ki, növbəti mərhələdə Tramp administrasiyası da qismən güzəştə getməyə, Ukraynanın o masada olmasının təmin edilməsi ilə bağlı addımlar atılmasını təmin etməyə məcbur qala bilər. Düzdür, Rusiya bunu heç bir halda qəbul etməyəcəyini, Zelenskinin hakimiyyətinin legitimliyini qəbul etmədiyi üçün onunla danışıqlara getməyəcəyini daha əvvəldən bəyan etmişdi, amma istəsə də, istəməsə də mövcud şəraitdə Ukraynanın lideri olaraq Zelenski ilə danışıqlara getməyə məcburdur. Ukraynanın ərazi bütövlüyü istənilən masada danışıqlar mövzusu olmasa belə, ən azından, işğal olunmuş ərazilərin böyük bir qisminin mərhələli şəkildə azad olunması ilə bağlı məsələ gündəmə gələ bilər. Eyni zamanda Ukraynaya dəstək verilməsi, ən əsası təhlükəsizlik zəmanəti verilməsi ilə bağlı beynəlxalq qarantorların müəyyənləşdirilməsi kifayət qədər önəmli addım ola bilər. Bu da Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı gələcək addımlar üçün təşviqedici amillər ola bilər”.


Rumiyyə, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Fevral 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri