Icma.az
close
up
RU
TRAMPLA ZELENSKİ AĞ EVDƏ DİLLƏŞDİ, GÖRÜŞ YARIMÇIQ KƏSİLDİ Açıqlamalar (YENİLƏNİB)

TRAMPLA ZELENSKİ AĞ EVDƏ DİLLƏŞDİ, GÖRÜŞ YARIMÇIQ KƏSİLDİ Açıqlamalar (YENİLƏNİB)

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Volodimir Zelenski ilə Donald Tramp arasında mübahisəli  görüşdən sonra Ukrayna prezidenti Ağ Evi tərk edib.

Mia.az xarici mətbuata istiandla xəbər verir ki, görüşdən sonra Prezident Tramp "TruthSocial" sosial şəbəkəsində paylaşım edib. O, Zelenskinin sülh hələ hazır olmadığını bildirib.

O deyib ki, Zelenski ABŞ-yə Ağ Evdə hörmətsizlik edib və sülhə hazır olanda geri dönə bilər.

Zelenski hələlik Trampla görüşünə və onun son iddiasına reaksiya verməyib.

***

Ağ Evdə fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə mübahisə yaşanıb.

Mia.az-ın məlumatına görə, AzadlıqRadiosunun Ukrayna xidməti mübahisənin Zelenski ilə vitse-prezident Ceyms D.Vens və prezident Tramp arasında yaşandığını bildirib.

"Biz danışa bilərik, amma bu, belə işləmir. Putin 25 dəfə atəşkəsi pozdu. O səbəbdən bizim üçün təhlükəsizlik zəmanəti hər şeydən öncədir. Bu sənəd hələ son deyil" - deyə Zelenski Ağ Evdə deyib.

Daha sonra Ukrayna lideri deyib ki, "ABŞ-ı Avropadan okean ayırsa da, siz müharibənin nəticələrini hiss edəcəksiniz". Tramp cavabında deyib ki, "siz bunu deyə bilmərsiniz, bizə nəyi hiss edəcəyimizi deməyin".

"Biz çalışırıq sizin probleminizi həll edək. Bizə öz nöqteyi-nəzərinizi sırımaq lazım deyil. Siz uyğunsuz şəraitdəsiniz, əlinizdə əlverişli kartlar yoxdur" - deyə ABŞ prezidenti Zelenskiyə cavabında deyib.

Zelenski isə cavabında bildirib ki, o, burada kart oynamır.

"Curent Times" isə Trampın Zelenskinin hazırda III Dünya Müharibəsinə "yatırım" etdiyini və bunun ölkəyə hörmətsizlik olduğunu deyib.

Vitse-prezident Vens isə əlavə edib ki, "siz bizə nə edəcəyimizi əmr edə bilmərsiniz".

Daha sonra Vens onlar 2024-cü ilin sentyabrında Pensilvaniyanı ziyarət edərək onlara müxalif qüvvənin kampaniyasında iştirakını xatırladıb. O, prezident Trampın Ukraynanı xilas etməyə çalışdığını bildirib.

Tərəflərin media qarşısında görüşü artıq başa çatıb.

Zelenskinin ABŞ-yə səfəri bu gün başlayıb. Görüş çərçivəsində nadir metallarla bağlı razılaşmanın imzalanacağı gözlənilir. Bu tərəflər arasında bir müddət öncə başlamış gərginlikdən sonra ilk görüşdür.

Samir Musayev

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://mia.az
archiveBu xəbər 01 Mart 2025 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see313

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see235

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see192

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see145

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see139

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see135

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see134

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see124

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see122

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see122

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri