Icma.az
close
up
RU
Trampla Zelenski yenidən görüşəcək: Rusiya isə geri addım atmaq niyyətində deyil

Trampla Zelenski yenidən görüşəcək: Rusiya isə geri addım atmaq niyyətində deyil

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp sentyabrın 23-də ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirəcək. Görüş ikitərəfli münasibətlərin müzakirəsi və regiondakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi üçün nəzərdə tutulub.
Politoloq Aytən Qurbanova AZXEBER.COM-a bildirib ki, indiki məqamda Volodimir Zelenski və Donald Trump arasında keçiriləcək görüş həm önəmlidir, həm də mümkün olan bütün nəticələri özündə ehtiva edir:

"Qeyd etmək lazımdır ki, Ukraynanın məsələsinin onun iştirakı olmadan aparılan müzakirələr nəticəsində həll edilməsi ədalətli və real yanaşma deyil. Buna görə də gözləntilər var ki, əvvəlki Putin-Trump görüşü nəticəsində əldə olunmuş razılıqlar Zelenskinin iştirakı ilə Trumpla yenidən müzakirə edilsin və bu istiqamətdə ortaq şərtlər müəyyənləşdirilsin”.


Politoq vurğulayıb ki, real mənzərə isə belə imkanları məhdudlaşdırır:
"Putinin bəyanatları və NATO sərhədlərinə doğru göstərilən mövqe, Polşanın, Estoniyanın və Rumıniyanın sərhədlərinə yönəlmiş cəhdlər, eləcə də verilən aqressiv ritorikalar göstərir ki, Rusiya geri addım atmaq niyyətində deyil və işğal etdiyi əraziləri nəzarətdə saxlamağa davam edir. Hətta işğal olunmuş ərazilərin legitimləşdirilməsi istiqamətində qeyri-konstruktiv mövqeyini qoruyur. Bu isə Ukrayna tərəfindən qəbul oluna bilən yanaşma deyil”.
Ekspert deyib ki, ikitərəfli görüş çərçivəsində indiki mərhələdə real bir nəticə gözləmək çətindir:
"Lakin Ukraynanın danışıqlar prosesində iştirak etməsi artıq müsbət hal kimi qiymətləndirilə bilər. Gələcəyə baxdıqda, Ukraynanın perspektivi ilə bağlı nikbin olmaq real görünmür. Amma yaxın müddətdə ən azı qısa müddətli atəşkəs əldə olunması ilə bağlı müəyyən razılıqların olması mümkündür.
Şahanə Ziyad
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri