Tramvay xəbərlərindən sonra Mehdiabadda evlər bahalaşdı AÇIQLAMA
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda tramvay xətlərinin bərpası planı paytaxtın əmlak bazarında ciddi hərəkətliliyə səbəb olub. “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Mehdiabad istiqamətində yeni relsli nəqliyyat sisteminin qurulmasının nəzərdən keçirildiyini elan etdikdən sonra həmin ərazilərdə torpaq və mənzil rəqəmləri diqqət mərkəzinə gəlib.
Demokrat.az xəbər verir ki, bunu daşınmaz əmlak sahəsi üzrə mütəxəssis Elnur Azadov deyib. Ekspertin sözlərinə görə, gələcəkdə rahat gediş-gəliş imkanı qazanacaq massivlərdə qiymətlər indidən psixoloji təsirlərlə yüksəlir:
“Əsas məsələ layihənin hansı əraziləri əhatə edəcəyidir. Hələ təxminən on il əvvəl Ağ Şəhər ərazisində gələcəkdə tramvay xəttinin çəkilməsi ilə bağlı müəyyən açıqlamalar verilmişdi. Daha sonra isə ekoloji cəhətdən təmiz nəqliyyat növü hesab olunan tramvayın Bakı və ətraf ərazilərə qədər uzanacağı barədə məlumatlar yayıldı. Layihə reallaşarsa, bu, kifayət qədər genişmiqyaslı nəqliyyat layihəsi olacq. Yalnız Mehdiabad istiqaməti ilə məhdudlaşmayacaq. Son yayılan məlumatlara əsasən, tramvay xəttinin “Sea Breeze” ərazisindən Sumqayıt istiqamətinə qədər uzanması ilə bağlı da müxtəlif iddialar mövcuddur. Bununla yanaşı, Mehdiabad ərazisində daşınmaz əmlak qiymətlərində mümkün dəyişikliklərlə bağlı hazırda konkret məlumat yoxdur. Layihə gerçəkləşərsə, onun təsiri yalnız bir ərazi ilə məhdudlaşmayacaq, Bakı və ətraf yaşayış massivlərini də əhatə edə bilər”.
Rəsmi rəqəmlər və elan bazasının təhlili göstərir ki, 2026-cı ilin əvvəlindən bəri Mehdiabadda torpaq sahələri real olaraq 15-23% bahalaşıb. Yanvar və fevral aylarında qəsəbənin mərkəzi hissələrində torpağın bir sotu 10 000 - 11 000 AZN-ə təklif edilirdisə, hazırda bu məbləğ 12 000 - 13 500 AZN-ə çatıb. Magistralın kənarında yerləşən, çıxarışlı və elit massivlərdə isə bir sotun dəyəri 14 000 AZN-dən başlayaraq 17 000 - 20 000 AZN-ə qədər yüksəlib. Sürətli bahalaşmaya həmçinin qəsəbədəki infrastrukturun yenilənməsi və dəniz istiqamətinə salınan yeni yollar təkan verir.
Yəni Bakı ətrafında yeni tramvay xətlərinin qurulması planı və infrastrukturun yaxşılaşdırılması Mehdiabad qəsəbəsində torpaqların sürətlə bahalaşmasına və investorların bura maraq göstərməsinə yol açıb.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bakıda tramvay bərpa olunacaq? AÇIQLAMA
13 Noyabr 2024 11:54
Bakı tramvay xəttinin çəkilməsinə hazırdır? AÇIQLAMA
24 Fevral 2026 21:46
Bakıda tramvay xətləri bu ərazilərdə çəkiləcək AÇIQLAMA
24 Sentyabr 2025 17:27
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? AÇIQLAMA
30 Yanvar 2026 16:27
Mehdiabadda acınacaqlı vəziyyət
11 Avqust 2025 15:58
Baxış sayı:155
Bu xəbər 15 May 2026 15:07 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları