Trans Əfqan dəmir yolunun tikintisi haqqında Memorandum imzalayıb
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxıstan Nəqliyyat Nazirliyi və Əfqanıstan İctimai İşlər Nazirliyi Mərkəzi Asiya və Cənubi Asiya arasında dəmir yolunun (Trans-Əfqan dəmir yolu) tikintisi və istismarının əsas prinsipləri haqqında Memorandum imzalayıblar.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Report" Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.
Memorandum xarici işlər naziri Murat Nurtleunun Əfqanıstana səfəri çərçivəsində imzalanıb.
Qazaxıstanın XİN başçısı Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttaki ilə görüşüb. Müzakirələr zamanı tərəflər regionda davamlı və qarşılıqlı faydalı ticarətin təmin edilməsində əsas element kimi Trans-Əfqan marşrutunun inkişafı da daxil olmaqla, səmərəli nəqliyyat-logistika infrastrukturunun yaradılmasını ətraflı müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 12 İyul 2025 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















