Icma.az
close
up
RU
Trans Xəzər konnektivliyi üzrə strateji əməkdaşlıq müzakirə olunub

Trans Xəzər konnektivliyi üzrə strateji əməkdaşlıq müzakirə olunub

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Londonda Xəzər Siyasət Mərkəzinin Trans-Xəzər bağlantısına dair üçüncü London konfransı keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “İrəliləyişi gücləndirmək, sinerjini inkişaf etdirmək” adlı tədbirdə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin artan regional əlaqələri, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı fonunda ortaya çıxan iqtisadi, ticari və strateji imkanlar müzakirə olunub.

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü lord Con Alderdays Birləşmiş Krallığın regionla əməkdaşlığa artan diqqətindən və bu regiona vahid prizmadan yanaşmağın əhəmiyyətindən danışıb. O, regionla əməkdaşlığın yalnız ticarətlə məhdudlaşmadığını, uzunmüddətli tərəfdaşlığa əsaslandığını bildirib. Lord Con Alderdays vurğulayıb ki, Britaniya şirkətləri Azərbaycanda mühüm infrastruktur layihələrində iştirak edir, o cümlədən Böyük Britaniyanın ixrac kredit agentliyi UKEF (UK Export Finance) aviasiya sahəsində ilk maliyyə əməliyyatını Azərbaycanın “Silk Way” şirkəti ilə həyata keçirib. Həmçinin Böyük Britaniya şirkətləri Azərbaycanda təmiz enerji dəhlizlərinin inkişafı üzərində çalışırlar. Təhsil sahəsinə də toxunan lord Alderdays Britaniya universitetlərinin Azərbaycanda və regionda ikili diplom proqramları və mütəxəssis hazırlığı istiqamətində uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edib. Onun sözlərinə görə, Böyük Britaniya bu sahədə yalnız maliyyə deyil, həm də texniki və institusional dəstək göstərməyə hazırdır, bu əməkdaşlıq həm infrastrukturun, həm də insan kapitalının inkişafına yönəlib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxışında Azərbaycanın regional bağlantı imkanlarının və bu istiqamətdə atdığı addımların bölgənin gələcək inkişaf istiqamətlərinə dair daha yetkin baxış formalaşdırdığını bildirib. Diplomat qeyd edib ki, regionda, dünyada baş verən son böhranlar və müharibələr Orta Dəhlizin, xüsusən də Azərbaycanın regional bağlantıda rolunu bir daha ortaya qoydu.

“Təkcə İsrail və İran arasında yaranmış son qarşıdurmada bəzi dövlətlərin hava məkanını bağlaması nəticəsində Azərbaycanın hava məkanının mülki təyyarələr üçün əsas alternativ təşkil etməsi bunun ən bariz nümunələrindəndir. 2001-ci ildə NATO da Əfqanıstandakı koalisiya qüvvələrinə təchizat şəbəkəsi ilə bağlı yaranmış böhran zamanı əsas tranzit ölkə kimi məhz Azərbaycanı seçmişdi. Bütün bunlar bir daha göstərir ki, regional inteqrasiyanı Azərbaycansız təsəvvür etmək qeyri-mümkündür. Böyük Britaniyanın lord Alderdaysı məhz Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi təyin etməsi də bu baxışın təzahürüdür”, - deyə səfir bildirib.

Bu əməkdaşlığın təkcə böhran zamanlarında deyil, hər zaman prioritetləşdirilməli və inkişaf etdirilməli olduğunu vurğulayan Elin Süleymanov bölgədə inteqrasiya layihələrinin regionun özündən qaynaqlanmasının əhəmiyyətinə də toxunaraq bu mənada ötən il ölkəmizdə keçirilən COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin yaradılması üzrə saziş imzalanmasını bu xüsusda vacib nümunə adlandırıb. Səfir, həmçinin Özbəkistan Prezidentinin Azərbaycanda səfərdə olduğunu və səfər çərçivəsində Xankəndiyə də gedəcəyini nəzərə çatdıraraq bu məqamları regional inteqrasiya və türkdilli dövlətlərin əməkdaşlığının daha bir göstəricisi kimi qeyd edib. O, Böyük Britaniyanın regionda artan rolunu, xüsusilə yaşıl keçid, enerji və maliyyə sahələrində həyata keçirilən layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirib, COP29-da ən yüksək səviyyədə iştiraka və prosesə dəstəyinə görə Böyük Britaniya tərəfinə təşəkkür edib. Səfir Britaniya şirkətlərinin azad edilmiş regionların bərpasında iştirak etdiyini əlavə edib. İqlim dəyişikliyinin hələ də qlobal siyasi gündəmdə qalmağa davam etdiyini diqqətə çatdıran səfir Xəzər dənizinin səviyyəsinin azalmasının region üçün ciddi narahatlıq doğurduğunu qeyd edib, bu problemin yalnız genişmiqyaslı regional əməkdaşlıqla həll edilə biləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti qeyd edib ki, Trans-Xəzər regionunda ticarət, tranzit, enerji və insan bağlantıları sürətlə inkişaf edir. O bildirib ki, son aylarda Avropa İttifaqı, Fransa, Almaniya, İtaliya, Çin və Hindistan kimi ölkələrin regiona artan səfərləri bu marağın göstəricisidir. Ə.Nifti ötən il Trans-Xəzər yükdaşımalarının 62 faiz artdığını vurğulayıb və regiondaxili əməkdaşlığın da getdikcə gücləndiyini qeyd edib. Əfqan Nifti, həmçinin Trans-Xəzər rəqəmsal kabel layihəsinin 25 faizinin artıq tamamlandığını və bu layihənin Mərkəzi Asiyanın müstəqil rəqəmsal bağlantı imkanlarını gücləndirəcəyini bildirib. O, rəqəmsal bağlantının da artıq Trans-Xəzər əməkdaşlığın ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb.

Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqzan İlyasov isə çıxışında Trans-Xəzər marşrutunun yalnız ticarət yolu deyil, həm də regional rifah üçün strateji bir körpü rolunu oynaya biləcəyini bildirib. Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş çıxışında vurğulayıb ki, İpək Yolunun mirasını daşıyan Orta Dəhliz artıq alternativ deyil, qlobal tədarük zəncirlərində sabitlik və dayanıqlılıq üçün strateji zərurətə çevrilib.

Tədbirin ekspert panellərində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), “Paşa Holdinq”, PRISM, “Tethys” kimi təşkilat, şirkət və araşdırma mərkəzlərinin mütəxəssisləri təqdimat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyul 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri