Trans Xəzər marşrutunda nailiyyət: Dəniz nəqliyyatı ilə daşımaların həcmi artır
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dəniz nəqliyyatı ilə daşımaların həcmi 2019-cu ildən bəri 20 faiz artıb. Belə ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə əhəmiyyətli artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Kasım-Jomart Tokayevin son altı ildə prezidentlik fəaliyyətinin yekunlarına həsr olunmuş məqaləsində bildirib.
“Nəqliyyat infrastrukturunun modernləşdirilməsi üzrə aparılan işlər sayəsində 2019-cu ildən etibarən TITR üzrə tranzit daşımaların həcmi 6 dəfə (2024-cü ildə 4,5 milyon ton), Qazaxıstan məhsullarının ixracı isə 12 dəfə artıb”, –deyə Qazaxıstan Respublikası Baş nazirinin rəsmi informasiya resursunda dərc olunmuş məqalədə deyilir.
Qeyd edilir ki, Qazaxıstan Prezidentinin elan etdiyi yeni Astana-Arkalık-Turqay-İrgiz avtomobil yolu sözügedən marşruta əlavə təkan verəcək.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 17 Mart 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















