Icma.az
close
up
RU
Transfer strategiyaları futbolu necə dəyişəcək? ARAŞDIRMA

Transfer strategiyaları futbolu necə dəyişəcək? ARAŞDIRMA

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Transfer dövrləri azarkeşlərin futbolda ən çox sevdiyi zaman kəsimidir. Üstəlik, son on ildə məbləğlər o qədər artıb ki, bu rəqabəti izləmək getdikcə daha maraqlı olur. Lakin son zamanlar İngiltərə klubları, ərəb milyarderlər və Səudiyyə Ərəbistanı klublarının "həddi aşması" UEFA, xüsusilə Premyer Liqa rəhbərliyinin maliyyə tənzimləmələrini sərtləşdirməsi ilə nəticələnib. Mütəxəssislər hesab edirlər ki, bu, yaxın gələcəkdə klubların transfer fəaliyyətində daha təmkinli davranmasına səbəb olacaq. Artıq indidən təsirlər hiss olunur. Bu qış transfer pəncərəsi zamanı böyük transferlər çox azdır. Gələcəkdə bunun davam edəcəyi gözlənilir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Vəziyyət bu həddə necə çatdı?

Əsrin əvvəllərində futbol sənayesinə böyük maliyyə axını ilə transfer qiymətləri də artdı. Təməlini "Real Madrid"in qoyduğu irihəcmli oyunçu alışlarını daha sonra "Çelsi", "Mançester Siti", PSJ, Çin klubları və son olaraq Səudiyyə Ərəbistanı təmsilçiləri davam etdirdi. Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) araşdırmasına görə, 2015-ci ildə transferlərə 5.88 milyard avro xərclənibsə, 2024-cü ildə bu rəqəm az qala iki dəfə çox - 10.98 milyard avro olub. Rekord 2023-cü ildə qeydə alınıb - 12.24 milyard avro.

Azarkeş və mütəxəssislərin bir çoxu rəqəmlərin şişirdildiyi qənaətindədir. Transfer bazarında şişirdilmiş rəqəmlər dedikdə isə ağla ilk olaraq Premyer Liqa gəlir. İngiltərə bazarı tam başqa bir dünyadır. Orada yarım mövsüm ortabab performans sərgiləyən hər hansı oyunçu üçün 50 milyon avronun ödənilməsi çoxdan adiləşib. İngiltərə klubları son on ildə transferlərə 23 milyard avro xərcləyiblər. Premyer Liqanın ən yaxın izləyicisi İtaliya A Seriyasında bu rəqəm on milyard avrodur. Bu, ingilislərin bazarda necə bir hegemonluq qurduğunun əyani göstəricisidir.

Ədalətli rəqabət cəhdləri

Yalnız pulu çox olanın qalib gəldiyi futbolda haqsız rəqabətin qarşısını almaq üçün UEFA maliyyə "feyr-pley"i qaydalarının tətbiqinə başladı. Lakin bu qaydalar komandalara görə dəyişdiyi üçün ədalətin bərpası mümkün olmadı. Son illərdə milyardlar xərcləyən böyük klublar bu qaydalara ilişməsələr də, nisbətən kiçik komandalar cəzalarla üzləşdilər.

UEFA-nın tədbirlərinin işə yaramaması liqaların özlərinin tənzimləmələr həyata keçirməsini labüdləşdirib. İngiltərə Premyer Liqası rəhbərliyi xərclərin həddən artıq qalxması səbəbindən maliyyə "feyr-pley"i qaydalarına oxşayan nizamlamalarla vəziyyəti yoluna qoymağa çalışır. Bu, UEFA-nın qaydalarından daha sərtdir, sərhədləri daha dar və konkretdir. Qaydalara görə, klublar hər il gəlir və zərərlərini açıqlamaq məcburiyyətindədirlər. Ümumilikdə üç il ərzində maliyyə itkiləri maksimim 105 milyon funt sterlinq ola bilər.

Ən əsası, bu qaydalar yalnız kağız üzərində qalmır, tətbiqinə diqqət edilir. Məsələn, "Everton" zərərinin limitdən çox olması səbəbindən keçən mövsüm altı xalının silinməsi ilə üzləşmişdi. "Nottingem Forest" transfer fəaliyyətindəki uyğunsuzluqlara görə dörd xalından olmuşdu. İndi də "Mançester Siti" və "Çelsi" ittihamlarla üz-üzədir. Hər iki klubun son illərdə çox böyük məbləğlər xərcləməsi diqqətləri onlara yönəldib. Görünür, bu qaydalar transfer bazarında böyük dəyişikliklərə səbəb olacaq.

Bazar sakitləşir

Son on ildə transferlərə ən çox pul xərcləyən on klubun altısı İngiltərə təmsilçiləridir. Lakin indi ingilis klubları əvvəlki qədər pul xərcləyə bilməyəcəklər. Bu isə ümumilikdə transfer bazarına təsir göstərəcək. Qaydaların sərt tətbiq olunmağa başlandığı 2023/24 mövsümündən etibarən xərclərdə azalma müşahidə olunur. Bu mövsüm iki milyarda yaxın maliyyə xərclənib. Üstəlik transfer əməliyyatlarının sayında da eniş var. Qış transfer pəncərəsi ümumiyyətlə sakit keçir. Xviça Kvaratsxeliyanın "Napoli"dən PSJ-yə, Omar Marmuşun "Ayntraxt"dan "Mançester Siti"yə keçidləri istisna olmaqla böyük ödənişli keçidlər, demək olar ki yoxdur. Bu gedişlə əvvəlki fantastik transfer əməliyyatlarına qayıdışın olmayacağı gözlənilir. Yəni, hələ uzun illər Neymarın 222 milyon avroya "Barselona"dan PSJ-yə transfer rekordu qırılmayacaq.

İngiltərə ilə yanaşı, digər liqalar da qaydaları sərtləşdirirlər. Məsələn, İspaniya La Liqasında tətbiq olunan tənzimləmələr "Barselona"nın Messinin gedişinə göz yumması ilə nəticələnmişdi. Katalonlar hələ də oyunçu qeydiyyatı prosesində problemlərlə üzləşirlər. Fransada son illərdə bir çox klub çətinlik yaşayır. "Bordo" müflis olub, "Lion" aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzədir. Xərclərin artdığı yeganə liqa İtaliya A Seriyasıdır. Lakin orada da iki il əvvəl transfer əməliyyatlarındakı uyğunsuzluqlar səbəbindən "Yuventus" cəzalara məruz qalmışdı.

Klublar artıq birdəfəlik transferlər əvəzində icarə variantlarına üstünlük verirlər. Eyni zamanda, azad agentlərə yönəlmələr artıb. Hətta "Real Madrid" Mbappe üçün PSJ-yə ödəniş etmək əvəzinə onu azad agent kimi cəlb etmək üçün səbirlə gözləməyi üstün tutmuşdu. Klublar artıq daha gənc oyunçulara və akademiya yetirmələrinə yönəlirlər. Yaşlı oyunçular üçün isə ümumiyyətlə böyük məbləğlər ödənməməsinə diqqət yetirilir. Çünki onlardan qazanc əldə etmək ehtimalı aşağıdır. İndi nəinki strategiyanı gənc istedadları üzə çıxarmaq üzərində quranlar, hətta böyük klublar da irihəcmli transferlərdənsə gənc oyunçuları tapıb daha aşağı məvaciblə cəlb etməyə yönəlirlər. Transfer strategiyaları dəyişməkdədir, xərclərdə böyük eniş müşahidə olunur və bu, yaxın gələcəkdə ümumən futbolu dəyişəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Fevral 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri