Transgenderlərlə bağlı qanuna ehtiyac varmı? Günəşlidə daşlı hücum VİDEO
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cəmiyyətimizdə ənənəvi olaraq, müxətlif səbəblərdən transgenderlərə qarşı münasibət birmənalı deyil. İnsanların müəyyən bir hissəsi zamanla cinsiyyətini dəyişmiş şəxslərə qarşı loyal münasibət göstərsə də, ictimaiyyətin əksəriyyəti bu sosial qrupa qarşı neqativ yanaşmaya sahibdir. Bəzi hallarda isə bir qisim insanların transgenderlərə qarşı fiziki yaxud təhqir formasında olan zorakılığına şahid oluruq.
Bəs görəsən, qanunvericilikdə bu qəbildən olan vətəndaşlarla bağlı xüsusi qanunların qəbuluna ehtiyac varmı?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Emin Aslanov bildirib ki, Hamının bərabərlik hüququna uyğun olaraq, transgenderlərə qarşı atılan addım, neqativ hərəkət də cinayət sayılır:
“Transgenderlər də şəxsiyyətdir, insandır. Hamının bərabərlik hüququna uyğun olaraq, onlara qarşı atılan addım, neqativ hərəkət də cinayət sayılır. Belə şəxslərlə bağlı xüsusi bir qanunun qəbul edilməsinə nə zərurət var ki? Bizim qanunvericilikdə transgenderlərin ayrıca cins kimi qəbul olunması nəzərdə tutulmur. Vətəndaş əgər cinsiyyətini dəyişdiribsə, misal üçün, vaxtilə qadın olub, daha sonra əməliyyatla kişi cinsiyyəti qəbul edibsə, məhkəmə qaydasında şəxsiyyət vəsiqəsini dəyişdirmə hüququna malikdir”.
Qeyd edək ki, analoji hadisələrdən biri paytaxtın Günəşli qəsəbəsində baş verib. Sosial şəbəkələrdə yayılan görüntüdə bir qrup gənc avtomobildən transgender şəxsə daş atıb və onu təhqir ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Sentyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















