Icma.az
close
up
RU
Tranzit yükdaşımaları rekord səviyyəyə çatıb

Tranzit yükdaşımaları rekord səviyyəyə çatıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyi möhkəmlənir. 2026-cı ilin yanvar–sentyabr aylarında ölkə ərazisindən tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son 5 ilin rekord səviyyəsinə yüksəlib.

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyindən (RİNN) bildirilib ki, tranzit daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb. Artım Şərq-Qərb istiqamətində 20,2 faiz, Şimal-Cənub istiqamətində isə 19 faiz təşkil edib.

Müsbət dinamika Bakı Beynəlxalq Dəniz Limanının fəaliyyətində də qeydə alınıb. Belə ki, cari ilin doqquz ayında konteyner aşırmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz artaraq 100 min TEU-ya, quru yük aşırmaları isə 71 faiz artaraq 1,73 milyon tona çatıb.

Nəqliyyat infrastrukturu modernləşir

Orta Dəhlizin əsas komponentlərindən olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernləşdirilib və onun illik yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb. Bakı Beynəlxalq Dəniz Limanının infrastrukturu da genişləndirilib. Limanın illik konteyner aşırma gücü 100 min TEU-dan 160 min TEU-ya yüksəldilib. Əməliyyatların koordinasiyasının təkmilləşdirilməsi nəticəsində gəmilərin emal müddəti təxminən 20 saatdan 4-5 saata endirilib.

Hazırda limanın illik yükaşırma gücü 15 milyon ton təşkil edir. Genişləndirmə layihəsi çərçivəsində bu göstəricinin 25 milyon tona, konteyner aşırma gücünün isə 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.

Ələt nəqliyyat-logistika qovşağının inkişafı çərçivəsində yük aeroportunun tikintisi də həyata keçirilir. Dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatını birləşdirən multimodal logistika kompleksinin tərkib hissəsi olacaq aeroport yüklərin emalının səmərəliliyinin artırılmasına və Orta Dəhlizin imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Xəzər dənizində yükdaşımaların artan həcminin qarşılanması məqsədilə dəniz donanmasının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər görülür. Bakı Gəmiqayırma Zavodunda ilk beynəlxalq kommersiya sifarişi əsasında dörd yük gəmisinin inşası davam etdirilir.

Bundan əlavə, 2025-ci il sentyabrın 16-da Bakı Gəmiqayırma Zavodu ilə “AD Ports Group” şirkəti arasında hər biri 780 TEU tutumuna malik iki konteynerdaşıyan gəminin tikintisinə dair müqavilə imzalanıb.

İritutumlu bərələrin inşası, “Ro-Ro” daşımalarının genişləndirilməsi və donanmanın mərhələli şəkildə yenilənməsi Xəzər keçidinin ötürücülük qabiliyyətinin artırılmasına, Orta Dəhliz üzrə daşımaların dayanıqlılığının gücləndirilməsinə yönəlib.

Zəngəzur dəhlizi – yeni imkanlar

Azərbaycanın tranzit potensialının genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından Zəngəzur dəhlizinin inkişafı xüsusi əhəmiyyət daşıyır.

Bu istiqamətdə Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatdırılıb, dəmir yolu xəttinin inşası isə davam etdirilir. Eyni zamanda, Naxçıvanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər aparılır.

Zəngəzur dəhlizinin inkişafının ildə əlavə 15 milyon tona qədər yükdaşıma potensialı yaratmaqla regional nəqliyyat əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Sərhəd-keçid razılaşmaları

Hazırda ölkədə avtomobil nəqliyyat vasitələrinin keçidi mümkün olan 12 aktiv sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin bir istiqamət üzrə ümumi sutkalıq buraxılış qabiliyyəti 4 min 350 nəqliyyat vasitəsidir. Son illərdə Azərbaycan-Rusiya sərhədində “Xanoba”, Azərbaycan-İran sərhədində isə “Astara” modul tipli sərhəd-buraxılış məntəqələri istifadəyə verilib.

Beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı və daşımaların səmərəliliyinin artırılması məqsədilə Azərbaycan bir sıra ikitərəfli və çoxtərəfli sazişlər, yol xəritələri və qarşılıqlı anlaşma memorandumları imzalayıb. 2026-cı il oktyabrın 15-də Azərbaycan və Qazaxıstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənəd marşrutun gələcək inkişafı və institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Hazırda digər ölkələrin də sazişə qoşulması istiqamətində işlər aparılır.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2026 07:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri