Icma.az
close
up
RU
Trapdan təzyiq: İspaniyanın ittifaqdan çıxarılması NATO dakı güvənə böyük zərbə vuracaq

Trapdan təzyiq: İspaniyanın ittifaqdan çıxarılması NATO dakı güvənə böyük zərbə vuracaq

Icma.az bildirir, Sherg.az portalına istinadən.

ABŞ prezidenti Donald Trampın İspaniyaya qarşı sərt mövqeyi və NATO-dakı müdafiə xərcləri məsələsi, yalnız iqtisadi göstəricilərlə izah edilə bilməyəcək kompleks siyasi və strateji amillərlə bağlıdır. Tramp Finlandiya Prezidenti Alexander Stubb ilə birgə keçirdiyi mətbuat konfransında açıq şəkildə bildirib ki, İspaniya müdafiə xərclərini artırmaqda geri qalır və buna görə də "bəlkə də, onu NATO-dan çıxarmalı idilər". NATO ölkələri isə iyun ayında müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq barədə razılığa gəliblər. Görünən odur ki, Trampın bu sərt mövqeyi yalnız müdafiə xərcləri ilə bağlı deyil, həm də İspaniyanın ABŞ-nin xarici siyasət maraqlarına meydan oxuması və alyansdakı məsuliyyətlərini yerinə yetirməməsi ilə bağlıdır. Bu gərginliklər NATO-nun birliyi və Avropanın təhlükəsizliyi baxımından mühüm suallar doğurur.


Siyasi şərhçi Həşim Səhrablı Sherg.az-a açıqlamasında Trampın antiispaniya mövqeyinə keçməsinin bir sıra səbəbləri olduğunu söyləyib:


"Tramp bu səbəblərdən sadəcə birini ifadə edib. Bu səbəb guya NATO-nun müdafiə xərcləri barədə İspaniyanın ayırdığı vəsaiti ümumi daxili məhsulun 5%-nə qədər artırmamaq istəməsidir. Bundan əvvəl digər NATO dövlətləri də israrla müdafiə xərclərini artırmamaq mövqeyində idilər. Lakin Tramp administrasiyası ABŞ dövləti olaraq elə bir siyasət xətti izlədi ki, Avropanı Rusiya təhdidi ilə elə ciddi sınaq qarşısında qoydu ki, Avropa dövlətləri özləri gördülər ki, ABŞ dəstəyi azalır və onları sıxmağa başlayır. Həqiqətən də Avropada müdafiənin infrastrukturu yaxşı qurulmayıb, buna həm maddi, həm də texniki cəhətdən xüsusi diqqət ayrılmayıb. Avropa dövlətləri bu vəziyyəti görüb müdafiə xərclərini artırmaq qərarına gəldilər. Nəhayət, böyük əksəriyyət artıq müdafiə xərclərinin artırılması barədə razılaşıb. İndi ABŞ eynisini İspaniya üçün də edə bilərdi-İspaniyaya təzyiq göstərə, müdafiənin nə qədər vacib olduğunu xatırladan addımlar ata bilərdi. ABŞ-nin dövlət olaraq buna gücü və fərqli alternativ imkanları var. Amma Tramp administrasiyası niyəsə birdən-birə İspaniyanı NATO-dan çıxarmaqla hədələyir. O, İspaniyaya NATO-dan çıxarmaq məsələsi ilə təzyiq edir və onu təkləmək riski ilə üz-üzə qoyduğunu xatırladır.

Amma məsələnin mahiyyəti sadəcə bundan ibarət deyil. İspaniya Qəzza məsələsində beynəlxalq ictimaiyyətə çağırış edən və ABŞ-nin maraqlarına zidd mövqedə dayanan əsas dövlətlərdən biridir. İspaniya ilk günlərdən Qəzza məsələsində İsrailin tutduğu mövqeyi tənqid edir, Qəzza xalqına dəstək xarakterli çıxışlar və siyasi bəyənatlar verirdi. Bu isə ABŞ-nin maraqlarına uyğun deyildi. İspaniya Fransa ilə birgə bir çox məsələdə ABŞ-nin imperial maraqlarına qarşı dayanan ölkələrdən biridir. Vaşinqtonun bütün imperial hədəflərinin həyata keçməməsində və Avropanın bu gün ABŞ-nin vassal asılılığını qəbul etməməsində əsas rollardan biri də İspaniyanın üzərinə düşür. İspaniya bu məsələdə daha adekvat davranırdı və bu Trampın xoşuna gəlmirdi. Ona görə də indi Tramp əslində İspaniya məsələsini ortaya atmaqla bir neçə məsələni həll etmək istəyir. Onların hamısında İspaniyanın ABŞ-nin maraqlarına zidd dayanmaq faktını aradan qaldırmaq niyyətindədir. Yəni İspaniyanı ram edib ABŞ-nin xarici siyasət maraqlarına uyğun davranmasını tələb edir. Amma "NATO-dan İspaniyanı çıxarmaq mümkündürmü, bu nə dərəcədə realdır?" sualı ortaya çıxır".


Ekspert indiki vəziyyətdə İspaniyanı məcburi olaraq İttifaqdan çıxartmağın qeyri-mümkün olduğunu bildirib:

"Birincisi, hüquqi baxımdan bu mümkün deyil. İspaniya tam hüquqlu üzv, suveren dövlətdir və öz addımlarını özü təyin etmək hüququna malikdir. Bu nöqtədən yanaşanda, dünyaya demokratiya dərsi verən, hüququn və dövlətlərin bərabərliyi prinsiplərini önə çəkən ABŞ və digər Qərb dairələrinin İspaniyanı öz razılığı olmadan məcburi şəkildə ittifaqdan çıxarması NATO-dakı birliyə və güvənə böyük zərbə vuracaq. Bu həm də NATO-nun işləkliyini şübhə altına alacaq. İkincisi, əgər belə bir addım atılsa, NATO ciddi zərbə alacaq və bu məqsəd kimi qarşına qoyulubsa, başqa problemlər də ortaya çıxacaq. İspaniya kifayət qədər dünyada nüfuzlu, söz sahibi və gücü müəyyən səviyyədə olan dövlətdir. Onun Avropanın digər dövlətlərinə nüfuz etməsi də reallıqdır. İspaniya ilə Qərb Avropası və ABŞ arasında ziddiyyət yaranarsa, İspaniya öz maraqlarını qorumaq üçün Qərbə qarşı cəbhə aça bilər. Bu, qısa müddətdə Avropada fərqli dövlətlərin də bu cəbhəyə qoşulması ilə nəticələnə bilər. Nəticədə Avropanın birliyi parçalana bilər. Çin və Rusiya kimi dairələr də bu vəziyyəti öz maraqları üçün istifadə edə bilərlər. Belə hal baş verərsə, Çin və Rusiya İspaniyaya istənilən dəstəyi verib onu öz tərəflərinə çəkə bilərlər. İspaniya Avropada yeni bir güc mərkəzi yaratmaq missiyasına çıxacaq. Bu isə Şərq dairələrinə deyil, Qərbə qarşı açılmış yeni cəbhə olacaq". 


Müsahibimiz beləliklə Qərbin özü istəmədən Avropanın ortasında Çin və Rusiya üçün ideal bir güc mərkəzinin yaranmasına şərait yaratmış olacağını qeyd edib:

"Bu, Trampın İspaniyaya qarşı diplomatik təzyiqidir. O, öz gücünü göstərməyə çalışır və İspaniyanın siyasətinə uyğunlaşmaması halında nə qədər cəza ala biləcəyini göstərmək istəyir. Yəqin ki, kompromis əldə ediləcək və İspaniya 5%-də olmasa da müdafiə xərclərini müəyyən qədər artıracaq, ABŞ da buna razı olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri