Icma.az
close
up
RU
Traxtorun Asiyadakı uğurunun dövlətimə nə dəxli?

Traxtorun Asiyadakı uğurunun dövlətimə nə dəxli?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Təbrizi təmsil edən "Traxtor" futbol komandası İran çempionu oldu! Min dəfə təbriklər! Orada yaşayan soydaşlarımızın sevincini başa düşürəm. Ana dilində bir məktəbin açılmasına, dünyəvi həyatın bəxş etdiyi azadlıqlara sevinmək imkanı olmayanların futbol üzərindən hislərini bu cür büruzə vermələri anlaşılandır. Vaxtilə bizdə də totalitar Sovet sistemi içində "Neftçi"nin xırda bir bürüncünə, "Ararat" üzərində epizodik qələbələrinə eyni qaydada sevindiyimizdən fərqli bir şey baş verməyib.
"Qalatasaray"ın UEFA çempionluğuna qardaş Türkiyəmizlə birgə daha böyük coşqu ilə sevinmişdik. Mən də "Traxtor"un bu parlaq qələbəsinə sevindim. Necə deyərlər, qan çəkir. Ancaq düşündüm ki, İranın türk əsilli Prezidentinin Şəhriyardan şeir deməsinə sevindiyimiz dozada sevinməyimiz kifayət edər. Bu günlərdə daha çox Ağdamın "Qarabağ" komandasının Azərbaycan çempionu olmağına sevinirəm. Yenə gedəcək Avropada Azərbaycan adına qürurverici işlər görəcək.
"Traxtor"un Asiya liqasında İran adına bir uğur qazanmasının mənim dövlətimə nə dəxli? Vaxtilə bizlər də xalq hərəkatı dalğasında İranla sərhədlərin götürülməsini, tikanlı məftillərin sökülməsini göz yaşlarımızla, tonqal ətrafında halaylarla qutlayırdıq. Düşünürdük ki, bu gün sabah bir-birimizlə qucaqlaşandan sonra birləşməyimizə hansısa əngəl qalmayacaq. Elə indi də o zamandan bəri cəmiyyətin çoxluğu olaraq siyasi mənada bir arpa boyu zəkaca irəli getdiyimiz söylənə bilməz. Artıq illərdir o tikanlı məftillərin həsrətini çəkirik ki, necə edək bənd-bərə bağlansın, millətimizin kütləvi zəhərlənməsini təmin edən İrandan ötürülən narkotikin qarşısı alınsın!
Artıq narkotik qasırğası quru sərhəddən başqa həm də dənizdən gəlir və gecə-gündüz qəhrəman sərhədçilərimiz bunun qarşısını almağa çalışırlar. İllərdir düşünürük, necə edək ki, din-məzhəb obrazında cəhalət, xurafat, nadanlıq Üzeyir bəyin çağdaş obrazında simvollaşmış müstəqil Azərbaycan Cümhuriyyətinin vətəndaşlarını xəstəliyə yoluxdurmasın. Necə edək ki, qaranlıq keçmişimizin simvolu olan mərsiyyə aydınlıq gələcəyimizin simvolu olan Üzeyir bəyin Üverturasını susdurmasın!
İndi qayğımız odur ki, dövlətimizin təhlükəsizliyini cənubdan gələ biləcək hərbi avantüra və qaçqın dalğasından necə qoruyaq! Necə edək ki, İranın Ermənistanla birgə keçirdiyi "Fatimeyi Zəhra" adlı hərbi təlimində açılan atəş bizim Bakının ortasındakı "Fatimeyi Zəhra" adlanan məscidə xətər yetirməsin? Fars deyib özünüzü aldatmayın, İranda hakimiyyətdə olan həmin Təbrizli, Ərdəbilli, Zəncanlıdır. Hamısı da canı-dildən İranın varlığını qorumaq üçün fanatikcəsinə çalışırlar. Çıraqla axtarsan hakimiyyətdə beş-on fars taparsan. Əlbəttə, dinçi rejimin basqısından əziyyət çəkən soydaşlarımız da var. Onlarla yanaşı, farsların, kürdlərin, ərəblərin də bu durumdan razı olduğu söylənə bilməz. Üzücü odur ki, milli düşüncənin qaynadığı məkan da, teokratik sistemin əsas dayağı da bizim şeirlərimizin baş tacı olan Təbrizdir.

Siz futboldan həzz alıb "Traxtor"a sevinin, mən isə İranda ana dilində məktəblərin açılmasına sevinəcəyəm. Sevinəcəyəm ki, bəlkə otuz-qırx ilə dil üzərindən yetişən milli təfəkkürlü insanların sayı arta bilər. Orada Mirzə Fətəlilər, Həsən bəy Zərdabilər, Mirzə Cəlillər, Üzeyir bəylər yetişər. O zaman ümidimiz artar ki, bu kimi şəxsiyyətlər "Traxtor"u futbol sahəsindən çıxarıb xurafat, cəhalət tarlasını şumlamağa yönəldərlər və o məkanda da əkilən sağlam toxumlar sayəsində çağdaş dünyaya transfer oluna biləcək insan cəmiyyəti yetişər.

Unutmayın, Şəhriyar təkcə "Heydərba"ya salam verməyib, başqa bir salamında da yazıb ki:

"Qorxum budur oyun ola,
Millət yenə qoyun ola.
Kimdi bizə boyun ola.
Kömək olun ki, dardayıq,
Qışdı, borandı -qardayıq.
Qoyun gəlib Naib-İmam.
Cihad desək dartılarıq.
Qırılsaq da qurtularıq".

Siz qırıldız, qurtulmadız. Biz isə XIX yüzilin əvvəllərində İrandan qırılmaqla qurtulmuşuq!!! Bu gün məqsədli və ya düşünmədən din, məzhəb, bütövlük, neosəfəvilik adı ilə bizi o məkana qaytarmaq istəyənlərlə bütün platformalarda mübarizəmizi aparmalıyıq. Qarabağı azad etməklə, Ermənistan sərhədlərində rəsmi postlarımızı qoymaqla, üç rəngli bayrağımızı dalğalandırmaqla biz Azərbaycanı Bütövləşdirmişik! Bunu qaranlıq və məcaraçı düşüncələri bir daha təftiş etməmiz üçün bir tarixi not olaraq yazdım.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 May 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri