Icma.az
close
up
RU
Trendyol Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş”ə qoşulub

Trendyol Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş”ə qoşulub

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol növbəti dəfə Dənizkənarı Milli Parkda keçirilən “İqlim Fəaliyyəti üçün Yürüş”ə qoşulub.

Bakı İqlim Fəaliyyəti Həftəsinin bir hissəsi olun yürüş Trendyol və PAŞA Holdingin dəstəyi, BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.

Dənizkənarı Milli Park boyunca 1,5 kilometrlik məsafəni əhatə edən rəmzi yürüşün məqsədi iqlim fəaliyyəti ilə bağlı ictimai məlumatlılığı artırmaq, eyni zamanda qlobal istiləşməni 1,5°C-lə məhdudlaşdırmaq üçün təcili tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkməkdir. Tədbir iqlim fəaliyyəti sahəsində kollektiv məsuliyyət hissini, həmçinin iqlim böhranı ilə mübarizədə həmrəylik və qarşılıqlı etimadın əhəmiyyətini simvolizə edir.

Yürüş müxtəlif yerli və beynəlxalq qurumların, səfirliklərin nümayəndələrini, BMT təmsilçilərini, vətəndaş cəmiyyəti təşkilatlarını, özəl sektor nümayəndələrini və məktəbliləri bir araya gətirib.

Trendyol müsbət sosial təsir yaratmaq və dayanıqlılığa dəstək olmaq üçün fəaliyyət göstərdiyi ölkələrdə ətraf mühitin və təbiətin qorunmasına töhfə verən layihələri dəstəkləyir.

Əməliyyatlar üzrə 2040-cı ilə qədər karbon neytrallığı hədəfinə çatmaq “Trendyol”un prioritetlərindən biridir. Şirkət həm bu transformasiyanın iştirakçısı, həm də sürətləndiricisi olma məsuliyyəti ilə aşağı karbonlu gələcəyə doğru addımlar atmağa davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri