Trendyol Group un vitse prezidenti Azərbaycandakı hədəflərindən danışdı FOTOLAR
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
Trendyol Group-un vitse-prezidenti şirkətin Azərbaycandakı hədəflərindən danışdı
Trendyol Group-un vitse-prezidenti, Türkiyə E-ticarət Məclisi başqanı Ozan Acar, Azərbaycanda e-ticarət günləri tədbirində şirkətin Azərbaycandakı 2028-ci il üçün hədəflərini açıqlayıb. Acar bildirib ki, 2028-ci ildə Trendyol 3 milyon müştəri, 60 milyon məhsul çatdırılması və 1 milyard dollarlıq ixracat həcmini planlaşdırır.
Tribunainfo.az xəbər verir ki, şirkət rəsmisi vurğulayıb ki, gün Trendyol Azərbaycanın ən çox istifadə olunan e-ticarət platformasıdır və hazırda Azərbaycanda 2 milyondan çox istifadəçiyə xidmət göstərir.
Vitse-prezident həmçinin şirkətin sosial məsuliyyət layihələrinə verdiyi dəstəkdən də bəhs edib: “Qadınların səlahiyyətləndirilməsi, təhsil və rəqəmsallaşma kimi mövzularda Pasha Holding, Nərgiz Fondu, Birləşmiş Millətlər Təşkilatı kimi tərəfdaşlarla birlikdə cəmiyyətə fayda verməyə çalışırıq”.
Trendyol texnologiya sahəsində də mühüm addımlar atır. PASHA Holding ilə texnologiyaların inkişafını və yeni təşəbbüsləri dəstəkləyən “InMerge Venture” Fondunun birgə yaradıldığını açıqlayan Acar, həmçinin, InMerge İnnovasiya Sammitini bu il üçüncü dəfə dəstəklədiklərini bildirib.
Ozan Acar Azərbaycanın Trendyolu olaraq hər gün daha yaxşısını etmək üçün fəaliyyətlərini davam etdirəcəklərini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 09 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















