Icma.az
close
up
RU
TREVA Real Estate dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib

TREVA Real Estate dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib

Icma.az, Marja.az saytına istinadən bildirir.

Treva Real Estate şirkəti Azərbaycanda daşınmaz əmlak bazarının inkişafına dəstək məqsədilə ölkədə ilk dəfə daşınmaz əmlak brokerlərinə həsr olunmuş ixtisaslaşdırılmış tədbiri uğurla həyata keçirdi.

Tədbir zamanı sektorun mövcud vəziyyəti, bazarda yeni trendlər və innovativ yanaşmalar müzakirə olundu, həmçinin peşəkar brokerlər arasında təcrübə mübadiləsi və fikir paylaşımı üçün geniş imkan yaradıldı.

Proqram çərçivəsində daşınmaz əmlak sahəsində fəaliyyət göstərən yerli ekspertlərin və şirkət nümayəndələrinin çıxışları, təqdimatlar müzakirələr keçirildi. Müzakirələrdə bazarın inkişaf perspektivləri, rəqəmsallaşma prosesləri və satışda effektiv idarəetmə yanaşmaları kimi mövzular diqqət mərkəzində oldu.

Tədbir həmçinin brokerlər, developer-lər və investorlar arasında əməkdaşlıq və şəbəkələşməni gücləndirmək baxımından əhəmiyyətli platforma rolunu oynadı.

“Bu tədbirlə biz Azərbaycanın daşınmaz əmlak sektorunda peşəkar broker icmasının inkişafına və müasir satış yanaşmalarının tətbiqinə dəstək verməyi qarşımıza məqsəd qoymuşduq. TREVA olaraq bazarda şəffaf, effektiv və dayanıqlı əməkdaşlıq modelinin formalaşmasına töhfə verməkdən məmnunuq,” — deyə Treva Real Estate rəhbərliyi bildirib.

Treva Real Estate — 2025-ci ildən ölkə bazarında fəaliyyət göstərən, müasir yanaşmaları ilə seçilən daşınmaz əmlak şirkətidir. Şirkət satış və marketinq dəstəyi, broker şəbəkəsinin inkişafı, CRM və rəqəmsal idarəetmə alətləri, eləcə də daşınmaz əmlak üzrə investisiya və məsləhət xidmətləri təqdim edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://marja.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri