Triatlon üzrə məşqçilər üçün I dərəcəli kurs başa çatıb FOTO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və ‘’World Triatlhon’’un dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Triatlon Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən məşqçilər üçün I dərəcəli kurs (LEVEL1) başa çatıb.
İdman.biz xəbər verir ki, təlimlərdə 16 məşqçi iştirak edib, onlardan 25%-ni qadınlar təşkil edib.
Bağlanış mərasimində MOK-un vitse-prezidenti Fərid Mansurov, İdman İdarəsinin müdiri Həsənağa Rzayev, layihə meneceri Elxan Səmədzadə, Azərbaycan Triatlon Federasiyasının baş katibi Seymur Hüseyinov və mətbuat xidmətinin rəhbəri Sənubər İmanova, həmçinin beynəlxalq təlimçilər Firas Al-Hmood (İordaniya) və Aleksey Kalinin (Qırğızıstan) iştirak ediblər.
Kursu müvəffəqiyyətlə tamamlayan iştirakçılara ‘’World Triathlon’’ tərəfindən təsdiqlənmiş sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, bu təşəbbüs ölkəmizdə triatlon üzrə məşqçi potensialının gücləndirilməsinə xidmət edir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 30 İyun 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















