Triatlonçularımız atletika üzrə ölkə birinciliyində uğur qazanıblar
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə 2009–2010-cu il təvəllüdlü idmançılar arasında atletika üzrə ölkə birinciliyi keçirilib.
İdman.Biz xəbər verir ki, yarışda triatlonçularımız nümayiş etdirdikləri yüksək nəticələrlə diqqət mərkəzinə düşüblər.
3000 metr məsafəyə qaçışda Əli Rzazadə finiş xəttini birinci keçərək qızıl medala sahib çıxıb. Riad Abbaszadə isə yarışı ikinci pillədə tamamlayaraq gümüş medal qazanıb.
Əli Rzazadə uğurlarını 1500 metr məsafəyə qaçışda da davam etdirib. O, bu növdə də fərqlənərək fəxri kürsünün ikinci pilləsində qərarlaşıb və yarışda növbəti medalını aktivinə yazdırıb.
Baxış sayı:162
Bu xəbər 22 Fevral 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















