Triatlonda Olimpiya seçim qaydaları yenilənib Azərbaycandan kimlər seçiləcək?
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Dünya Triatlonu yeni Olimpiya dövründə keçiriləcək yarışların yeni reqlamentini dərc edib.
İdman.biz xəbər verir ki, Los-Anceles-2028 üçün seçim gələn il başlayacaq, lakin yenilənmiş qaydalar bu mövsümdən tətbiq olunacaq.
Yeniliklərdən biri sprint yarışlarına aiddir. İndi orada xallar klassik yarışlarla eyni qaydada verilir. Halbuki əvvəllər sprintdə nəticələr daha aşağı dəyərləndirilirdi və iştirakçılara cari reytinqdə 25 faiz aşağı xal verilirdi.
Qarşıdan gələn Olimpiya dövründə qarışıq estafetin sırası da dəyişib. 2025-ci ildən ardıcıllıq belə olacaq: Tokio-2020 dövründə olduğu kimi, əvvəlcə qadın, sonra kişi start götürəcək, sonra estafeti yenidən qadın alacaq.
Qeyd edək ki, 2024-cü il Paris-2024-dən sonra Olimpiya triatlonunda karyerasını başa vuran Rostislav Pevtsov üç Olimpiadada Azərbaycanı təmsil edib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Mart 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















