Icma.az
close
up
RU
Tribunalardan döyüş meydanlarına Məhəmmədəli

Tribunalardan döyüş meydanlarına Məhəmmədəli

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycanı 30 illik həsrətdən sonra Qarabağ torpaqlarına qovuşduran Vətən müharibəsindən artıq 5 il ötür.

Torpaqlarımızın azad olunması üçün canından keçən Azərbaycan oğullarının arasında futbol ictimaiyyətinə tanış bir sima da var idi - "İmarət" Azarkeş Qrupunun üzvü Məhəmmədəli İbrahimli.

M.İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Quru Qoşunlarının tərkibində Suqovuşanın azad edilməsində və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı ağır yaralanan Məhəmmədəli İbrahimli müalicə üçün Bərdəyə aparılıb, lakin müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıdıb. O, 13 oktyabrda Ağdərə istiqamətində Ermənistan Silahlı Qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumu zamanı qumbara ilə 20-dən çox erməni hərbçisini məhv edib, daha sonra isə şəhidlik zirvəsinə ucalıb. Məhəmmədəli İbrahimlinin nəşi isə müharibənin bitməsindən iki ay sonra tapılıb.

Məhəmmədəli İbrahimli "İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən idi. Məhz bu səbəbdən də "Qarabağ"ın həm Misli Premyer Liqasındakı, həm də avrokuboklardakı matçlarında klubun və "İmarət" Azarkeş Qrupunun M.İbrahimlini yad etməsinin şahidi oluruq.

Bundan başqa, fərqli ölkələrdə məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı" təsis edilib. Hətta "Qarabağ"ın ölkə çempionu olduğu 2021/22 mövsümündə klub Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına Məhəmmədəli İbrahimlinin də adını daxil edib və 2022-ci ilin may ayının 22-də medalların və kubokun təqdimetməsi mərasimində şəhid Məhəmmədəli İbrahimli üçün nəzərdə tutulmuş medal onun atası Mütəllim İbrahimliyə təqdim olunub. Bundan sonra isə şəhid atası klubun futbolçuları ilə birgə kuboku başı üzərinə qaldırıb.

Bu yaxınlarda isə Məhəmmədəli İbrahimlinin əziz xatirəsinə həsr olunan sənədli film çəkilib və təqdimatı olub.. Söhbət tanınmış jurnalist Asəf Quliyevin müəllifi olduğu "Məhəmmədəli" filmindən gedir.

Filmin təqdimat mərasimində şəhidin valideynləri, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, baş direktoru Emrah Celikel, klubun mətbuat katibi Anar Hacıyev, "İmarət" Azarkeş Qupunun üzvləri də iştirak ediblər.

Bugünkü həmsöhbətimiz də məhz Asəf Quliyevdir.

O, əvvəlcə "Məhəmmədəli" sənədli filminin ərsəyə gəlməsi ideyasından bəhs edib: "Onu deyim ki, mən "İmarət” Azad Azarkeş Qrupu ilə “Qarabağ”ın oyunlarını izləməyə həmişə həvəs göstərmişəm. Gənclərin coşğusu ilə istənilən oyunu izləmək bir başqa zövqdür. Dəfələrlə onlarla bölgələrdə də səfərlərdə olmuşam. Həmin vaxtlardan həm Məhəmmədəlini, həm də digər fanatları müşahidə edirdim. Məhəmmədəli şəhid olduqdan sonra bir jurnalist kimi onun xatirəsini yaşadacaq bir iş ortaya qoymaq istəyim olub. Əslində bu, 1 yox, 3 fil olmalı idi. Müharibə Trilogiyası... Birinci film “Əsgəran keçidi”, İkinci film”Nadirov”, üçüncü film isə “Məhəmmədəli” adlanacaqdı. Amma bu layihəni reallaşdırmaq üçün həm maddi, həm də texniki dəstəyə ehtiyac var idi. Mən isə xarakter etibarı ilə kiməsə bu layihəyə dəstək vermək üçün müraciət edəcək adam deyiləm. Ona görə də layihə kağız üzərində qaldı. Amma bu il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqədə nəzərdə tutduğum 3 filmi birləşdirib bir layihə kimi təqdim etdim. Və sağ olsunlar ki, təqdim etdiyim layihəyə müsbət rəy verdilər. Beləcə işlərə başladıq".

A.Quliyev sənədli filmi səsləndirən əməkdar artist İlqar Cahangirliyədək bir çox simanı nəzərdən keçirdiyini deyib: "Ssenarini yazdıqdan sonra çəkiliş barədə düşünməyə başladım. Komanda yaratmaq lazım idi. İlk gördüyüm iş filmi kimin səsləndirəcəyi, tarixçənin kim tərəfindən təqdim olunacağı idi. Çox səslərə qulaq asdım, çox simaları nəzərdən keçirdim. Sonda əməkdar artist, çox dəyər verdiyim bir aktyor İlqar Cahangirlə işləmək qərarına gəldim. İlqar bəy ssenari ilə tanış olub razılıq verdi. Operator isə bundan əvvəl də birlikdə işlədiyimiz Azər Nağıyev oldu. Onunla Milli Qəhrəman Allahverdi Bağırov haqqında “Məzar” filmini işləmişdik. Sözsüz ki, filmi montaj edən Azad Nurulunu da qeyd etməliyəm. Çünki Azər kimi Azad da nə istədiyimi dərhal başa düşürdü. Filmin redaktoru Kəmalə Quliyeva isə ədəbi materialı süzgəcdən elə keçirirdi ki, zərrə qədər boşluq qalmasın".

A.Quliyev "Məhəmmədəli" filmi üçün həm "Qarabağ"ın, həm də "İmarət"in ona dəstək göstərdiyini söyləyib: "Çəkilişlər başlayanda sözsüz ki, həm “İmarət”, həm də “Qarabağ” klubunun köməyinə ehtiytac var idi. “İmarət”çilər bir nəfər kimi "biz hazır" dedilər. Sona qədər yanımda oldular. Hətta filmin Nizami Kino Mərkəzindəki təqdimat mərasimində də dəstək göstərdilər. “Qarabnağ”ın mətbuat xidmətinin rəhbəri Anar bəy də mövzuya çox həssas yanaşdı və nə xahiş etdimsə, dərhal köməklik göstərdi. İstər məkan kimi “Qarabağ”ın bazasından istifadə etmək, istərsə də hansısa görüntüləri əldə etmək üçün Anar bəy dərhal reaksiya verirdi. Təqdimat mərasimində baş məşqçi Qurban Qurbanovun, klubun direktoru Emrah Çelikelin iştirakı da həssas yanaşmanın göstəricisi idi".

A.Quliyev uzun müddət bu filmi ərsəyə gətirmək üçün çalışdığını deyib: "Hansı hisslər keçirirdim, sözlə ifadə etmək çətindir. Bütün gün ərzində film üçün seçdiyim musiqiləri dinləyir və filmi gözümün önundə canlandırırdım. Çalışırdım ki, bacardığım qədər yaxşı alınsın. 30 dəqiqəlik film üçün 12 nəfərdən müsahibə aldıq. Bu film həm də bir çağırış olmalı idi. Nə dərəcədə nail omuşuq, bilmirəm..."

O, sonda bildirib ki, gələcəkdə də şəhidlərimizə film həsr etməyi planlaşdırır: "Sözsüz ki, bundan sonra da belə filmlər olacaq. Raquf Orucov haqqında film çəkməyi çox istərdim. Amma buna hazır olmalıyam. İdmançı döyüşçülər haqqında çəkmək istərdim. Amma bütün bunları reallaşdırmaq üçün ilk növbədə yeni yanaşma ortaya qoymaq lazımdır. Təkrarçılıq olmasını istəmirəm".

Biz isə bu yazı ilə Məhəmmədəli İbrahimlinin və onun timsalında bütün şəhidlərimizin əziz xatirələrini yad edirik. Allah rəhmət eləsin!

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://qol.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see682

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see373

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see237

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see212

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see187

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see185

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see185

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see184

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see181

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see181

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see178

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see176

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see175

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see171

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see171

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see170

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see166

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see166

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see164

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri