Icma.az
close
up
RU
TRIPP dəhlizi artan tələbatı qarşılamaq üçün genişləndirilə bilər Rövşən Rüstəmov

TRIPP dəhlizi artan tələbatı qarşılamaq üçün genişləndirilə bilər Rövşən Rüstəmov

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) - Azərbaycanı Ermənistan üzərindən birbaşa Naxçıvanla, oradan isə Türkiyənin dəmir yolu sistemi ilə birləşdirəcək strateji əhəmiyyətli layihədir.

Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "NE Global" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə artıq 224 kilometrlik dəhlizin öz ərazisindən keçən hissəsinin tikintisinə başlayıb:

"Bu, layihəyə göstərilən güclü siyasi iradə və maliyyə dəstəyinin bariz nümunəsidir. Azərbaycanın payına düşən 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolu üzərində isə işlər davam edir. Tikinti 2021-ci ildə başlayıb və 2026-cı ilədək tamamlanması planlaşdırılır".

R.Rüstəmov bildirib ki, Yuxarı Mərcanlıdan Ağbəndə qədər - Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan və Bartaz daxil olmaqla - səkkiz yeni stansiya inşa olunur:

"Hazırda layihələndirmə işlərinin təxminən 85 %-i, tikinti-quraşdırma işlərinin isə 68 %-i icra edilib".

ADY sədri əlavə edib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üzrə texniki-iqtisadi əsaslandırma artıq başa çatıb və layihə işləri davam etdirilir:

"Bu mərhələ tamamlandıqdan sonra tikintiyə başlanacaq və Naxçıvanda müasir standartlara uyğun yeni dəmir yolu şəbəkəsi formalaşdırılacaq".

Onun sözlərinə görə, TRIPP dəhlizi əvvəlcədən genişləndirmə imkanı nəzərə alınmaqla layihələndirilib:

"İlkin buraxılış qabiliyyəti sabit yük axınını təmin edəcək, lakin gələcəkdə artan tələbatı qarşılamaq üçün infrastruktur genişləndirilə bilər. Zamanla TRIPP buraxılış qabiliyyəti baxımından Bakı-Tbilisi-Qars xətti ilə rəqabət apara biləcək səviyyəyə çata bilər. Əsas məsələ odur ki, TRIPP regional şəbəkədə dayanıqlılığı və alternativliyi artırır, Azərbaycana bir neçə paralel nəqliyyat dəhlizinin davamlı şəkildə mövcudluğunu təmin edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri